Bugün, 2 Şubat 2026 Pazartesi
  • BIST 100

    16651,45%-0,07
  • DOLAR

    43,48% 0,19
  • EURO

    51,57% -0,90
  • GRAM ALTIN

    6786,60% -9,85
  • Ç. ALTIN

    11923,69% -6,97

Türkiyə Qafqazda uduzdu

Azərbaycan üçün böyük Uğursuzluq

Köşe Yazarları 12.08.2025 11:45:00 0
Türkiyə Qafqazda uduzdu

Etiraz edirəm

Sülh sazişinin mətni Haqqinda.

1- ci yazi.

Azərbaycan üçün böyük Uğursuzluq

ABD-də Azərbaycan- Ermənistan- ABD arasindaki üçtərəfli görüşdə paraflanmiş  Sülh sazişi haqqinda mətnə baxdiqda gördük ki, bu  Azərbaycan üçün böyük uğursuzluqdur.

Hər zaman yazdim.

Nə Rusiya nə ABD. İkisinin də siyasəti eynidir.  Ermənistan vasitəsilə Qafqazi nəzarət altinda saxlamaq. 
Unutmayaq ki, Qafqaz kimin nəzarətində qalirsa, Türkiyə, İran, Türküstan da onun nəzarətinə keçir.

Həm ABD, həm Rusiya son 200 ildə Qafqaz və Türkiyədə böyük Ermənistan qurmaği hədəfləyən və buna nail olan  ölkələrdir.

Tramp yolu ideyasini,  Zəngəzurun 99 il ABŞ tərəfindən nəzarətə götürülməsini qəbul etmək mümkün deyil.

Biz nəyi itirdik?

Biz Zəngəzur bölgəmizi itirdik. Fürsətdən istifadə edib Zəngəzuru Azərbaycana birləşdirilməli idik. Zəngəzuru almamış sülh müqaviləsi bağlanmamaliydi. Zəngəzurun Azərbaycan torpaği olmasi haqqinda bütün dünyada rəy formalaşdirmali idik.  Olmadi. Zəngəzur Ermənistana qaldi.

Sülh sazişinin mətnindən göründüyü kimi,  qazanan tərəf Ermənistan- ABD oldu. İki köhnə strateji müttəfiq qazandi.  Ermənistanin torpaği yenə də 29, 8 min kv.km qaldi.

Halbuki, biz deyirdik ki, Ermənistan- Azərbaycan arasindaki sülh müqaviləsi Batum konfransinin sənədləri əsas alinaraq bağlanmalidir. 1918- ci il xəritəsi əsas alinmalidir.

Olmadi. Azərbaycan tərəfi bunu etmədi. İndi 1991- ci illərin sərhədləri və xəritəsi əsas alinir. Çox təəssüf. Çox təəssüf.

Ermənilər Qarabaği itirsələr də, Zəngəzuru qazandilar, düz yüz il Zəngəzurdan danişa bilməyəcəyik...

Zəngəzur Azərbaycan torpağidir, Azərbaycana birləşdirilməli idi. Zəngəzur dəhlizi də Azərbaycandan keçəcəkdi. Bölgədə də nə Amerika olacaqdi nə də Rusiya. Bax ona deyərdim uğur. 
İndi uğurdan danişa bilmirem.

Ermənistan qazandi. Zəngəzuru Ermənistanin tərkibində saxlayaraq sülh müqaviləsi bağlamağa getməklə  böyük uğur qazandi.

ABD- nin 100 il Cənubi Qafqazda qalmasi ilə də bölgəmiz 
ABD
Rusiya
Çin
İran geosiyasi qarşidurmalarinin mərkəzinə çevriləcək.
Türkiyənin Türküstan və Qafqaz üzərindən inteqrasiyasi, TDT- nin gələcəyi də 100 il ABD nəzarətinə düşdü.

Rusiya getdi, ABD gəldi. Rus imperializmindən qurtulduq, ABD imperializminin nəzarətinə düşdük. 
Olmadi bu iş.

ABD- nin Zəngəzur dəhlizini qoruyacaq min nəfərlik " sülhməramli" kontingentini də mən Hindistani işğal etmiş Şərqi Hindistan Şirkətinə bənzədirəm. Onlar dəhlizi qoruyan güc yox, zamanla bir işğalçi orduya çevriləcəklər. Əslində elə indi Zəngəzuru işğal etdilər.

İran, Azərbaycan, Türkiyə coğrafiyalarini birləşdirən bir mərkəzdə- Türk dünyasinin qəlbində ABD -nin yerləşməsi Türk dünyasinin 100 il geri düşməsi, parçalanmasinin dərinləşməsi, ABD nəzarətinə keçməsi, Ermənistanin isə gücləndirilməsi deməkdir.

Türkiyənin çevrələnməsi deməkdir.
Türkiyə içəridən və xaricdən ABD tərəfindən tam çevrələnib nəzarətə götürülübsə, müstəqil dövlət siyasəti yeridə biləcəkmi?

ABD bölgəmizdə  hansi siyasəti yeridir?

Türkiyəni yeni Osmanliçiliq və İslam ideyasi adi altinda  Türk millətinin əlindən alir.

Suriyada, İraqda, Türkiyədə Kürdustan qurur
Zəngəzurda da yerləşərək Türkiyə- Azərbaycan- Türküstan birliyinə nəzarət edərək Türk dünyasinin inteqrasiyasini əngəlləyəcəkdir.

Sonucda Türkiyə- Pakistan-Azərbaycan ittifaqi bölgədə söz sahibi olmadi, yeni İzrail- Azərbaycan- ABD ittifaqinin qurulmasindan söz gedə bilməz, amma Ermənistan- ABD ittifaqi quruldu.

Bu yeni realliqda Türkiyə- Azərbaycan konfederasyonu necə olacaq bəs?

Gümrüdə Rusiyanin 102 hərbi bazasi, Zəngəzurda da "Tramp yolu" nu qoruyan  ABD "sülhməramlilari". İki qarşi duran gücün savaş mərkəzinə çevrilirik.
Coğrafiyamizda gec- tez partlayacaq 100 illik mina qoyuldu.
 

Hani burda Uğur?

Nəyə sevinirsiniz?

Zəngəzurun bundan sonra da 100 il  Ermənilərdə qalmasina? Ermənistanin 29,8 min kv.km Azərbaycan torpağini qəsb etməsinə? Azərbaycanin sülh sazişi mətni ilə bunu yenidən təsdiq etməsinə?

Azərbaycan xalqi hardadir, niyə meydanlara tökülüb bu sülh sazişini, bağlanacaq müqaviləni protesto etmir. Niyə etiraz etmir, Ermənilərdən öz tarixi torpaqlarini niyə tələb etmir.

Xalqi əzib siyasətdən uzaqlaşdiranda, siyasi iradəsini əzəndə sonuc belə olur. Bu gun Xalq öz torpağina, gələcəyinə sahib çixmaq üçün aktiv olmaliydi, ortaya iradə qoymaliydi. Olmadi. Yoxdur.

Qarabağ 30 il Erməni işğalinda qaldi, Zəngəzur da 100 ildir işgal altindadir.  Bundan sonra da 100 il də işğal altinda qalacaq.

ABD - nin 1 dünya savaşi zamanlarinda  Türkiyədə Kürdüstan və Ermənistan yaratmaq stratejilərini də yaddan çixartmayaq. Bu siyasət bu gün də davam etdirilir. ABD Qafqazda 100 il olacaqsa, İzrail də orta doğunun ən güclü ölkəsinə çevriləcəkdir, onun yaninda da böyük  Kürdüstan qurulacaqdir. Bizə yönəlik erməni təhdidlərinin yanina kürd təhdidləri də daxil olacaqdir.

İran və Qafqaz, Orta doğu  200 ildir ki, Rusiya və İngiltərə arasinda nüfuz dairəsinə bölünmüşdür. Bu bölgədə dəyişən bir şey yoxdur. Anqlo saksonlar zəifləyəndə Rusiya, Rusiya zəifləyəndə Anqlosaksonlar qazanir.

Qarabağ savaşinda Rusiya -İran-  Ermənistan ittifaqi məğlub oldu, İngiltərə- İzrail- ABD ittifaqi qalib gəldi, daha dəqiq desək, XVIII əsrdən etibarən,  dünyanin bölüşdürülməsi məqsədilə şəkillənmiş Rusiya və İngiltərə arasindaki "böyük oyun" siyasətinin XXİ əsr mərhələsində   Qafqazda Rusiya məğlub oldu, İngiltərə qazandi.

2- ci yazi. Türkiyə Qafqazda uduzdu.

Saziş Sülh sazişi ilə bağli yayilmiş bu mətndəki müddəalar əsasinda imzalanacaqsa bu Ermənistanin, Erməni millətinin  uğuru olacaqdir. Bu saziş mətnində SSRİ dövründə Azərbaycandan qoparilmiş torpaqlar da daxil olmaqla, 1991 -ci il  sərhədləri əsas alinmişdir.  1918- 88 ə qədər Ermənistanin Azərbaycandan qopardiği torpaqlar haqda bircə kəlmə də yoxdur. Bu torpaqlar mübahisələndirilməyib.  Bu torpaqlar yenə də  Ermənilərə qalir. Bu saziş mətnində   Ermənistanin ərazi bütövlüyü qorunur. Nə 1918, nə 1920-ci il xəritələri və əraziləri masaya yatirilmir, müzakirəyə açilmir, mübahisələndirilmir.

Göyçə Zəngəzur respublikasi
İrəvan Türk Respublikasi  

Qərbi Azərbaycan ideyasi tarixə qarişir.

İrəvan bir daha Ermənilərə verilir. . Ermənilərin paytaxti kimi Təsdiq edilir.

Hətta bunlardan danişmaq, təftiş etmək  de yasaqlandi.

Qərbi Azərbaycana qayidiş ideyasi da Sazişdə əks olunmadi.

Amerika hədəfinə çatdi. Ermənistanin ərazi bütövlüyünü  bu sazişlə qorudu.
Ermənistan hədəfinə çatdı. Bircə qariş belə torpaq itirmedən bu durumdan çixdi.

Tarix Qarabağ savaşinin yaratdiği status kvo ilə bizə, Türk dünyasina  yeni şanslar, yeni fürsətlər vermişdi. Bir çox tarixi problemləri kökündən həl edə bilərdik. İ.Əliyev Qarabaği işğaldan azad edə bildi, Göyçə-Zəngəzuru işğaldan azad edə bilmədi. Sülh sazişi ilə öz haqlarimizdan, torpağimizdan məhrum olduq, 100 il də geri atildiq.

Ermənistanin varliq tarixini mübahisələndirib Göyçə- Zəngəzuru Azərbaycana birləşdirmək olardi. Azərbaycanla Naxçivani birləşdirmək olardi. Cəmiyyəti, dünya ictimai rəyini buna hazirlamaq lazim idi. Olmadi. Bacarmadiq.  Hökümət bu fürsətlərdən yararlana bilmədi, yaxşi siyasət qura bilmədi.

Mən İrəvan Türk Cümhuriyyətinin yaradicilarindan biriyəm,  Bayrağini öz ürəyimdə gəzdirirəm.

Belə milli maraqlarimiza, tariximizə zidd Saziş mətnini  tanimiram. Qəbul etmirəm.

Həyatimin sonuna qədər Ermənistan adli dövlətin legitimliyini, varliğini mübahisələndirəcəm, təftiş edəcəm, 100 il əvvəl  İrəvan Mahalinin bir Türk Yurdu olduğunu, Ermənilərin Azərbaycan torpaqlarini işğal etdiyini bar- bar bağiracam. Nə Rusiyasina, nə Amerikasina boyun əyib  İrəvan mahalimizi Ermənistan adlandiranlarla bir yol getməyəcəm.

Tarixi not. 
AXC höküməti 1918- də İngilislərin basqisi və tələbləri ilə İrəvani Ermənilərə güzəştə getməyə məcbur edilmişdi. Azərbaycanda  bu cinayət və Xəyanət hesab edildi.  Əliyev höküməti də Göyçə- Zəngəzuru Ermənilərdən ala bilmədi. Sülh sazişində 1991-ci il xəritəsi əsas alindigina görə, Azərbaycan Zəngəzuru tələb etmək şansini itirdi, Zəngəzuru  Ermənistan torpaği kimi tanimağa məcbur qaldi. 1991-ci il xəritəsi əsasinda Sülh sazişi bağlamaq, Zəngəzuru Ermənistan torpaği kimi tanimaq, qəbul etmək  gələcəkdə Azərbaycanda    cinayət və xəyanət hesab ediləcəkdir.  

Rusiya 200 il coğrafiyamiza nəzarət etdi, bundan sonra 100 il də Amerika nəzarət edəcək. Rusiyani da, Amerikani da Qafqaza gətirən Ermənilərdir. Ermənilər yaxşi bilir ki, Türk dünyasinin mərkəzində yaşamaq, mövcud olmaq qeyri mümkündür, başqa bir dövlət tərəfindən himaye olunmazsa bu coğrafiyada tab gətirə bilməz. Amerikanin Türk coğrafiyasinda 100 il qalib Turan yolunu Tramp yoluna çevirməsi TDT- nin siyasətində bir fiaskodur. Türk siyasəti uduzdu.

Türkiyə Zəngəzur dəhlizi siyasətindən çixdaş edildi. Yenə yaziram. Türkiyənin başi İraqda, Suriyada iç savaşlara qarişdiği bir dönəmdə, Zəngəzur ABD-nin nəzarətinə keçdi. Türkiyə burada yoxdur. ABD 100 il Zəngəzurda qaldiği sürəcdə də Türkiyə Qafqazda söz sahibi ola bilməyəcək, Türkiyə Ermənistana heç girə bilməyəcək. Türkiyə Qafqazda uduzdu.

Amerikani 100 il Qafqaza gətirən Ermənistandir, amma Azərbaycan buna razilaşmamaliydi, masaya oturmamaliydi, Amerikaya getməməliydi. Gözləməliydik...
Bir imperialistdən canimizi qurtarmamiş, yenisi, daha qəddar və əxlaqsiz biri gəldi. Azərbaycan üçün tam bir fiasko. Ölkəmizdə, 70 ildir Orta doğunu qan gölünə çevirən, xaos coğrafiyasina çevirən, milyonlarla insani soyqirim edən ABD - ni sevən, bu dövlətə ümid bəsləyən nə qədər kəsim var imiş, heyrət edirəm.

1918 -də İrəvani Ermənilərə güzəştə getməyi tələb edən İngiltərə idi. 2025- də də ABD  Zəngəzurun Ermənilərdə qalmasina nail oldu. 
Qarabag savaşindan sonra yeni durum yarandi, Qafqazda Rusiya- İran-Ermənistan ittifaqi dağildi, ABD-Ermənistan, Azərbaycan -Türkiyə- Pakistan,  Azərbaycan- İzrail ittifaqlari quruldu. ABD-Ermenistan ittifaqi Azərbaycanin qurduğu bütün ittifaqlari yenmək, yönləndirmək gücündədir.

Coğrafiyamuz Qarabag savaşindan sonra yeni bir  siyasi   dönəmə girdi. Rusiya- Bati geosiyasi qarşidurmasi arxada qaldi, ABD- Çin geosiyasi qarşidurmalar çağina girdik.

Türküstandan Türkiyəyədək coğrafiyamiz ABD- Çin geosiyasi rəqabət mərkəzinə çevrildi. Zəngəzur yolu, Azəebaycandaki 45 km olan bu kilid mərkəz ABD önderliyində  bizi yeni savaşlara sürükləyəcək.

Zəngəzur Azərbaycana birləşdirilməli idi, Azərbaycanin tərkibində olsaydi ABD bu coğrafiyaya gəlməyəcəkdi. Çinin qarşisi Zəngəzurda yox, doğu Türküstanda kesilməliydi, Doğu Türkustan azadliğina qovuşsaydi, Çin qarşisinda  bir divar  kimi yüksəlsəydi, Çinlə Türküstan arasindaki bufer dövlət rolu oynayaraq Türkustani, Qafqazi, Türkiyəni Çin yayilmaçiliğindan qoruyacaqdi. TDT bu məsələdə gec qaldi, ABD-Çin geosiyasi qarşıdurmasindan istifadə edib Doğu Türküstanin azadliğa qovuşmasi yönümündə ciddi addimlar atmadi.

Güney Azərbaycanla - Quzey Azərbaycan arasinda, Türkiyə ilə Quzey Azərbaycan arasinda  Ermənistan bufer dövlətinin qurulmasi, Gümrüdə Rusiyanin 102-ci hərbi bazasinin varliği,  bir də ABD- nin 100 illik hərbi siyasi varliği Bütöv Azərbaycan ideyasini fiaskoya uğradir, Türk İrani ilə Türkiyə, Azərbaycan ittifaqini fiaskoya uğradir, İran türkləri ilə Azərbaycan türklərinin birliyinə zərbə vurur.

Türk dünyasi məhz Anqlosaksonlarin (İngiltərə- ABD) yeritdiyi siyasət əsasinda Moskva-Pekin- Tehran üçkənində can verir, son 50 ildə şəkillənmiş İngilis-yəhudi ittifaqi (ABD-İngiltərə-İzrail birliyi) isə, Türkiyəni, İrani, İraqi, Suriyani, Azərbaycani parça-parca etməklə Türkləri İraqdan, Suriyadan, Anadoludan və Qafqazdan silməyi hədəf alir. Unutmayaq ki, 
ABD Zəngəzurda Türklərin, Azərbaycanin müttəfiqi deyil, Ermənistanin, Ermənilərin müttəfiqidir. İrani da Türklərin istədiyi kimi deyil, İngilislərin istədiyi kimi çözəcəkdir, bəlkə də, Suriya və İraq kimi xaos coğrafiyasina çevirəcəkdir.

Gedin Sülh sazişinin mətnini oxuyub bayram edin. Belə sülh sazişi olmaz. Bu sülh sazişi imzalanmamalidir. Azərbaycan bu oyundan çixmalidir. Bu Azərbaycan üçün uğur deyil, fəlakətdir.

Siz sevinin, 
Mən yasliyam, yasa batmişam...

Haber Editörü

admin

admin@tum1haber.com
Yorum Ekle

İzmir açıklarında 43 düzensiz göçmen yakalandı

Prof. Dr. Agitoğlu: Dil olmazsa toplumun ve ailenin fonksiyonu bozulur

Dr. Yıldırım: Madde bağımlılığı yalnızca bireyi değil tüm aileyi etkileyen kronik bir hastalıktır

Kırklareli'nde eğitime kar tatili

HÜDA PAR Milletvekili Demir: Kürt halkı ana dilde eğitimini alırsa kardeşliğimiz daha da sağlamlaşır

Berat Kandili bugün idrak edilecek

Muğla’da 1814 sentetik ecza hap ele geçirildi: 3 tutuklama

Rusya'dan yoğun hava saldırısı: Ukrayna hava savunma sistemleri talep etti

Habur Gümrük Kapısı’nda ayakkabı içerisine gizlenmiş 41 kilogram altın ele geçirildi

Libya’da kum fırtınası alarmı

Kar kütlesinin ağırlığı Ağrı'da bir işyeri ve bazı araçlara zarar verdi

Rusya ve Çin'den kritik görüşme

AKOM uyardı: Marmara’ya soğuk hava geliyor, sıcaklıklar kar seviyelerine düşecek

Eskişehir'de iyilik seferberliği: Umut Kervanı şubat ayına "umut"la başladı

Gaziantep’te 13 yıl kesinleşmiş hapis cezası bulunan firari yakalandı

İstanbul için kar ve soğuk hava uyarısı

Tayvan Boğazı’nda Çin-Tayvan gerilimi

Hekimsen'den ''Aile Hekimliğinde “Tek Tip Yazılım” uyarısı

Fırtına ve kar yağışı uyarısı!

Alanya’da denizde erkek cesedi bulundu

HÜDA PAR Adana'da "Madde Bağımlılığı" paneli düzenliyor

Konya'da farklı büyüklükte depremler kaydedildi

Muğla'da uyuşturucu operasyonu: 3 tutuklama

İzmir’de deniz seviyesi hareketliliğine anlık müdahale

Bursa’da damat dehşeti: Kayınbaba hayatını kaybetti

Kabine yarın toplanıyor

Bozüyük Umut Kervanı’ndan ihtiyaç sahibi alelere gıda yardımı

Yeşilay Kars gönüllülerinden ilk yardım eğitimi

Sultanlar Ligi derbisinde kazanan Fenerbahçe Medicana

Deniz ulaşımına fırtına engeli

Yükleniyor

Haberi Sesli Oku

SERKANDAŞ SİGORTA ERZURUM BÜYÜKLER AMATÖR KÜME'DE İKİNCİ DEVRE HEYECANI BAŞLADI

ERZURUM'UN KIZLARI EVİNDE COŞTU

Taşın altından bahane serisi çıkmaya başladı…

Havalar ısınmaya başladı çatılara dikkat…

Taziye ve Başsağlığı

Erzurum’a bir garip Ulaştır/ma (ma) oyunu!

ERZURUM BÜYÜKŞEHİR BELEDİYE SPOR GİRESUN'DA 2 PUAN BIRAKTI

DADAŞLAR DÖRT KÖŞE

KARAYOLLARI 12. BÖLGE MÜDÜRLÜĞÜ 2025 YILI FAALİYET RAPORU AÇIKLANDI

Kamuoyunun Bilgisine…

Edirne Keşan’da İnönü İlkokulu açılıyor

Millî Eğitim dergisinin 2026 kış sayısı yayımlandı

İzmir'de Çocuk Meclisi üyeleri kayıtta

Konya Selçuklu’da aileler akran zorbalığına karşı eğitildi

OKULLAR İKİNCİ DÖNEME BAYRAKLARLA BAŞLIYOR

Yarıyıl tatili bitti: Milyonlarca öğrenci yeniden sınıfta

“Ailem” dizisinin ikinci sezonu tanıtıldı

Bornovalı çocukların “Mutfakta Bilim” temasıyla keşif yolculuğu

UDEF uluslararası öğrencilerin Türkiye deneyimlerini raporladı

Yarıyıl tatili sona eriyor, okullar pazartesi açılıyor

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 20 15 1 4 33 49
2.FENERBAHÇE A.Ş. 19 12 0 7 26 43
3.TRABZONSPOR A.Ş. 20 12 2 6 15 42
4.GÖZTEPE A.Ş. 20 11 3 6 15 39
5.BEŞİKTAŞ A.Ş. 20 10 4 6 10 36
6.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 20 8 6 6 13 30
7.SAMSUNSPOR A.Ş. 20 7 4 9 3 30
8.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 20 6 7 7 -7 25
9.KOCAELİSPOR 19 6 7 6 -3 24
10.CORENDON ALANYASPOR 20 4 6 10 -2 22
11.GENÇLERBİRLİĞİ 20 6 10 4 -3 22
12.ÇAYKUR RİZESPOR A.Ş. 20 4 8 8 -6 20
13.HESAP.COM ANTALYASPOR 20 5 10 5 -14 20
14.TÜMOSAN KONYASPOR 20 4 9 7 -9 19
15.İKAS EYÜPSPOR 20 4 10 6 -12 18
16.KASIMPAŞA A.Ş. 20 3 10 7 -12 16
17.ZECORNER KAYSERİSPOR 20 2 9 9 -25 15
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 20 2 15 3 -22 9

YAZARLAR