8618,57%-0,52
34,31% -0,08
37,47% 0,25
3024,81% 0,08
4988,84% -0,01
Qərbi Azərbaycan İcması (QAİ) Gorus rayon Qurdqalaq kənd icması 5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirib.
Qərbi Azərbaycan İcması (QAİ) Gorus rayon Qurdqalaq kənd icması 5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirib.
Sumqayit.tv-in verdiyi məlumata görə, oktyabrın 5-də QAİ Sumqayıt şəhəri Nümayəndəliyində baş tutan tədbirə, əslən Qurdqaladan olan müəllimlər dəvət edilib.
Tədbir Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Qurdqalaq kənd icmasının sədri, Fuad Məmmədov açıb.
Fuad Məmmədov
Kənd İcma sədri qurdqalaqlı müəllimlərin timsalında, bütün Azərbaycan müəllimlərini peşə bayramı münasibətilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.
Sonra əslən Qurdqalaqdan olan, QAİ Sumqayıt nümayəndəliyi İdarə Heyətinin üzvü Elçin Abdullayev çıxış edib.
Elçin Abdullayev
E.Abdullayev də öz növbəsində şərəfli peşə mənsublarını təbrik edib,onlara şəxsi və müəllimlik həyatında yeni-yeni nailiyyətlər qazanmalarını arzulayıb.
Qurdaqalaq kənd İcması Ağsaqqallar Şurasının sədri, seyid Əhəd Məmmədov çıxış edərək müəllimlərə xeyir-duasını verib. Allahdan onlara çətin və müəqəddəs işlərinin rəvan olmasını istəyib.
Əhəd Məmmədov
Sonra, Qurdqalaq kökənli müəllimlər çıxış edərək kənd İcma sədrinə və digər şura üzvlərinə belə bir tədbiri ərsəyə gətirdiklərinə görə, minnətdarlıqlarını bildiriblər. “Qərbi Azərbaycan İcmasının nizamnaməsi çərçivəsində yaradılan Qurdqalaq kənd icması, son 5 ay ərzində çox mühüm işlərə imza atıb. Bü gün keçirilən tədbir də alqışlanacaq, növbəti addımlardandır.”-deyə müəllimlər vurğulayıblar.
Təbdirdə Qurdqalaq kənd İcması tərəfindən toplantıya qatılan müəllimlərə qızıl gül verilib, onların şərəfinə tort kəsilib.