Bugün, 20 Aralık 2025 Cumartesi
  • BIST 100

    14229,41%0,33
  • DOLAR

    42,80% 0,17
  • EURO

    50,14% -0,07
  • GRAM ALTIN

    5972,47% 0,30
  • Ç. ALTIN

    9632,85% 0,24

İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX, ÜLVİLƏŞDİRƏN CƏMİYYƏT!

Köşe Yazarları 28.02.2024 17:15:00 0
İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX, ÜLVİLƏŞDİRƏN  CƏMİYYƏT!

Asif Ata
İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX, ÜLVİLƏŞDİRƏN

CƏMİYYƏT!
(müsahibə)

E.A. – Ruhani cəmiyyət və tarixdə olan cəmiyyətlər Ata
görümündə.
Asif Ata: – Bütün tarixdə Ruhani Cəmiyyətə qədər olan cəmiyyətlər,
quldarlıqdan başlamış kapitalizmə və sosializmə qədər, insanı özündən
ayırıb. Yəni, bütün cəmiyyətlərin əsas əməli təbəqələşmə olub, bütöv
insan əvəzinə ayrı-ayrı təbəqələr, yüksək təbəqə, aşağı təbəqə, orta
təbəqə, siniflər, bu mahiyyətcə antiinsanilikdir!
İkinci, ağalıq və nökərlik əlaqələri yaratmaq, bütün cəmiyyətlər ağa
verib, ağa yaradıb, nökər yaradıb. Bütün cəmiyyətlərin hamısının canı
hakimiyyətçilik olub, bu hakimiyyətçilik də ağalıq və nökərlik adlanan
başqa bir hakimiyyətçiliyi qoruyub. Burada dinin rolu çox böyük olub.
Çünki allaha qul olan, təbiidir ki, hökmdara da qul olmalıdır, çünki
hökmdar da yerin allahıdır, ən azı allahın kölgəsidir, onun nişanəsidir.
Ona görə də cəmiyyət ağalıq və nökərlik səviyyəsindən heç bir vaxt
çıxa bilməyib, bu səviyyəni aşa bilməyib. Adlar dəyişilib, ağa başqa ad
olub. Ümumiyyətlə, cəmiyyətdə insan heç vaxt özü olmayıb!
Üçüncü, cəmiyyətdə insan böyük mənada özündən ayrılır, özgələşir.
Özgələşir nə deməkdir? Bütöv insan çevrilir olur fəhlə, bütöv insan
çevrilir olur özünün bir hissəsi, cüzi bir hissəsi, bir əməli, ixtisasçı.
İnsanın nəyi varsa, özünün mahiyyəti aşkarlanmır. Bunlar hamısı
zorakı əlaqələrdir, burada səmimiyyət deyilən şeydən əsər-əlamət
olmur, sən istəsən də, istəməsən də kiməsə mütləq salam verməlisən,
heç kim sənin daxilində gedən duyğu axarını hiss etmir, sən bunu
etməlisən, çünki müəyyən bir qanun var, qayda var və insan tamamilə
taxtalaşır, tamamilə qurulaşır, robot kimi olur. Bizim məqsədimiz odur
ki, ümumiyyətlə, cəmiyyət olmasın, cəmiyyət əvəzinə xalq birliyi olsun.
Ruhaniyyat əsasında! Ona görə də “cəmiyyət” sözünü biz şərti mənada
işlətməliyik, cəmiyyət yox, xalq birliyi. Ancaq birdən-birə bizi
anlamazlar deyin, biz cəmiyyət sözünü gətirmişik. Məqsəd cəmiyyət
dairəsindən çıxmaqdır, xalq birliyinə qalxmaqdır, çatmaqdır!
Ruhani cəmiyyətin dörd prinsipi var: birinci əsas prnsip fərdi özünü
idarə, hər bir şəxs özü bir dövlətdir, hər bir şəxs müstəqil inam
sahibidir. Heç bir şəxs, heç br qüvvə, heç bir cəmiyyət onun inamına
sahib ola bilməz. Hər bir şəxs özü bir dövlətdir, yəni iradə sahibidir,
heç bir dövlət, heç bir şəxs onun iradəsinə sahib ola bilməz. Hər bir
şəxs özü bir dövlətdir, yəni idrakının sahibidir, heç bir şəxs, dövlət
onun idrakına sahib ola bilməz. Hər bir şəxs özü bir dövlətdir, yəni
mənəviyyat sahibidir. Heç kəs onun mənəviyyatına sahib ola bilməz.
Əgər bu qanunlar həyata keçsə, heç bir parlamentçilik olmayacaq, heç

2

bir prezidentə ehtiyac olmayacaq. Elə bu sözün əsl mənasında
İnsançılıq olacaq. Çünki demokratiya sözü bir əfsanədir, bəşər
tarixində yarım gün də demokratiya olmayıb. Demokratiya “demos” və
“kratiya” sözlərinin birliyindən əmələ gəlib və onun əsl mənası, hərfi
mənası xalq hakimiyyəti deməkdir. Amma bir saat da demokratiya
olmayıb, hətta Afinanın özündə şəxsiyyətlərin hakimiyyəti olub,
Sezarın hakimiyyəti olub, Pompeyin hakimiyyəti olub… Bu bir yalandır,
əfsanədir. Demokratiya heç zaman olmayıb və bu bəşərə verilən yalan
bir libasdır. Bəli, xalqın seçmə hüququ var, lakin kimi seçirsən, nəyi
seçirsən, bu, o qədər qəliz məsələdir ki, burada əslində səni seçdirirlər,
sən seçmirsən. Burada milyonlarla pul gəlir ki, səni seçdirsinlər,
burada səni olduğun vəziyyətdə qoymurlar, burada səni dəyişdirirlər,
özləri istədiyi yönə salırlar. Kimin qabiliyyəti çoxdur, kim yaxşı bunu
bacarır, o qalib gəlir, ən talantlısı yox. Və sənə elə gəlir ki, sən
seçmisən, əslində səni seçdiriblər. Ona görə də Ruhani birlik həm
demokratiyaya qarşıdır, həm də totalitarizmə!
İkinci prinsip Əməkçi Mülkiyyəti. Mülkiyyəti əməkçiyə vermək lazımdır,
nə kapitalizmə qaytarmaq lazımdır, nə dövlətə qaytarmaq lazımdır.
Torpaq kəndlinin olmalıdır, zavod, fabrik fəhlənin, yalandan Lenin
şüarları kimi yox, həqiqətən, nə qədər bu həll olunmayıb, heç vaxt
ədalətdən danışmaq olmaz. Deyirlər, iqtisadiyyat belə mürəkkəbləşib,
fəhlə bunu bacarmaycaq. Mürəkkəbləşmənin özü elə pis şeydir, özü
müəyyən mənada iqtisadiyyatı ruhaniyyatdan üstün tutmağın
nəticəsidir. Yalnız əməkçi mülkiyyəti, əməkçi mülkiyyəti müqəddəsdir,
kapitalist mülkiyyəti günahdır!
Üçüncü, minimal dövlət yaranmalıdır, yəni güclü dövlət əslində
minimal dövlətdir. İndi dövlət hər şeylə məşğul olur, heç nəylə məşğul
ola bilmir. Dövlətin cəmi üç funksiyası olmalıdır: birinci funksiya – xalqı
dünyada təmsil etmək. İkinci funksiya – xalqı qorumaq. Birinci
funksiyanı diplomatiya təmsil edir, ikincini ordu. Üçüncü funksiya –
cəmi fərdin, fərdi cəmin təzyiqindən qorumaq, bu da polis əməlidir.
Bütün qalan işlər dövlətin olmalıdır. İqtisadiyyat əməkçinin olmalıdır,
mədəniyyət sənətkarların, ruhaniyyat ruhaniyyatçıların, ocaqçıların,
elm alimlərin. Yalnız belə olduqda müəyyən bir, əsl ahəng yaranar,
yalançı, zorçu qayda əvəzinə!
Və dördüncüsü, hakimiyyətin başında imtiyazsız və mənəvi Kamil şəxs
durmalıdır. Ocaq tərəfindən yetişdirilən. İmtiyazlar tamamilə ləğv
olunmalıdır. Heç kəsin heç kəsdən artıq imtiyazı olmamalıdır, nə
ictimai, nə maddi. Hər bir şəxs xeyir adlı əmələ qurşanmalıdır, hərə öz
imkanı daxilində.
Bunu bu gün də həyata keçirmək olar, amma xalqın səviyyəsi
qalxmalıdır. Tamamilə təzə bir qurum yaranmalıdır!

3

E.A. – Marksizmin mürtəcə mahiyyəti, fəlsəfəsi simasızlığı,
insan şəxsiyyətinin tapdalanmasının idraki kökləri haradandır?
Asif Ata: – Marksizm – yer cənnəti olan din deməkdir. Kommunizm yer
cənnətidir. Əslində ən pis cənnət elə yer cənnətidir, əslində ən pis
cəhənnəm elə cənnətdir. Marksizm fəlsəfi bir qurum kimi yaradılmayıb,
marksizm din kimi yaradılıb. Bu dinin cənnəti kommunizmdir, bu dinin
allahı Marksdır, bu dinin bəndəsi fəhlə sinfidir.
Marksizm təzə bir qismətçilikdir, tarixi materializm adlanan fatalistik
bir qismətçilik yaradır. İnsanın taleyi, aqibəti, tamamilə ictimai, iqtisadi
münasibətlərin, qaydaların, qanunların gedişatı ilə bağlanır. O allah ki,
insanın taleyini necə alnına yazmışdırsa, marksizmdə də iqtisadiyyat o
dərəcədə insanın taleyini alnına yazmışdır. Hər şey iqtisadiyyatda
başlayır, göy allahı yerə enir, istehsalatda müəyyən proseslər gedir, o
proseslər müəyyən bir münaqişə yaradır, o münaqişədən bəşərin nicatı
yaranır. Həmin o qaydalar, o qanunlar insandan kənardadır, onun
ağlından asılı deyil, onun iradəsindən asılı deyil. Əslində allah kimi bir
şeydir həmin o qaydalar. Tarixi materializm madiyyatçılıq fatalizmidir,
qismətçiliyidir.
Dörddüncü, fəhlə sinfinin, ümumiyyətlə, zəhmətkeşin hakimiyyəti
diktaturası cəfəngiyyatı yaratdı. Əməkçi heç zaman hakim ola bilməz,
onun işi əməkdir, onun işi becərməkdir, onun işi zavoddakı işdir.
Bunun elə özü gözəl işdir, lazımlı işdir. Hakimiyyətdən az əhəmiyyətli
deyil. Mənə elə gəlir bu yalan idi, Marks bilirdi ki, bundan bir şey
çıxmayacaq, amma fəhlə sinfinin intizamı var idi, onu ələ almaq lazım
idi və kapitalizmi uçurmağa qadir o idi!
Və sonuncu millətlərin bir-birinə qovuşması ideyası, əslnidə milli
genosid, bəşərin sürüləşməsi, naxırlaşması. Çünki millətlərə yetmək
bəşərin sürülükdən çıxması idi, millət əbədidir, millətlər ləğv olunsa
yenə insan əvvəlki sürülüyünə qayıdacaq. Bütün bunlar hamısı bir
yerdə marksizmin çox dəhşətli bir idrakı, siyasi azması deməkdir.
Bəşər çox şey itirdi!
E.A. – Ata zamanı.
Asif Ata: – Ata zamanı İnam zamanıdır, İdrak zamanıdır. Mənəviyyat
zamanıdır, İradə zamanıdır. Zaman, dünya Mütləqə İnam əsasında
mənəviyyatını quracaq! Bu olacaq Ata zamanı, Ocaq zamanı. Bu əsrlər
tələb edən əməldir. Amma bunun ilk bəhrəsi artıq var və onun
bəhrəsini, səviyyəsini görəcəyik, hamımız görəcəyik. Lakin ümumən
bəşərin Mütləqə İnama çatması çox əsrlər tələb edir. Ata zamanının
sonu demək olar ki, yoxdur və bizim aqibətimizə düşən saədətdir ki,
qısa ömrümüzü belə uzun bir əmələ həsr etmişik. Bu bizim
ölməzliyimizdir, hamımızın. Atanın da, Evladlarının da.
Ata zamanı o zaman olacaq ki, özüylədöyüş adlanan ruhani əməl təkcə
ocaqçıların yox, artıq adamların çoxunun daxili tələbatına çevriləcək.

4

Hər evdə bir özüylədöyüş guşəsi, mehrabı yaranacaq. Hərçəndi
evladların heç birində belə guşə yoxdur, olmalıdır. Və belə bir
insanlaşma özü bir məqsəd kimi qoyulacaq.
Ata zamanı ruhani birliyin təsdiqi zamanıdır. Onun müəyyən
elementləri, müəyyən dövrdən sonra aşkarlana bilər. Məsələn, əməkçi
mülkiyyəti təbliğ yox, aşkarlayacaq. Elə işıqçılığın əsas məqsədi budur
ki, camaata başa salsınlar ki, torpağı satmağa qoymayın, torpağı
satmaq vətəni satmaqdır. Hətta başçı ideyasını indi aşkarlamaq olar ki,
imtiyazlar ləğv ounmalıdır. Vətərpərvərlik o zaman olar ki, o beş qəpik
də olmasın. Bu cür etmək olar. Amma ümumən götürdükdə, bizim
ruhani birlik idealımız əsrlərin işidir və bizim bəxtimizə belə bir aqibət
düşüb ki, bir ömrümüzdə beş ömür yaşayırıq. Öz qısa ömrümüzün
üstünə əsrləri də qoyuruq. Belə olduqda Azərbaycanın da müstəqilliyi
bərpa olunacaq, bu müstəqillik indiki kimi asılılıq olmayacaq, indi
müstəqillik asılılıq müstəqilliyidir. Qəribə də çıxsa, heç zaman
Azərbaycan belə asılı olmamışdır, iqtisadi cəhətdən biz Rusiyadan
asılıyıq, siyasi cəhətdən dünyadan o dərəcə asılıyıq ki, öz Qarabağ
məsələmizi də həll edə bilmirik. O zaman ki, Azərbaycan böyük
Azərbaycan olacaq, o zaman ki, Azərbaycan Mütləqə İnam ölkəsi
olacaq, insanlar çoxalacaq, insanların ağlı böyüyəcək və hakimlər
Ocağın tərbiyə etdiyi insanlar olacaq, onda asılılığımız ləğv olunacaq.
Ona görə də Müstəqil Vətən ideyasının özü də zamanın işidir, bir
zamanın işi deyil!
Nəhayət, Ata zamanı Şərqin ucalığı zamanı, Şərqin öz Ocaq
fəlsəfəsinə, öz Ocaq İnamına yetişməsi, öz müəllimlik siqlətini bərpa
etməsi, Ruhçuluğun madiyyatçılıq üzərində qələbəsi, Qərbçiliyin
tamamilə ləğv olunması, Şərq ömründən silinməsi zamanıdır!
Belə bir zamanda Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşəcək,
həm də siyasi mənada böyük bir ölkə olacaq. Bunlar da yenə bir günün
işi deyil. Biz bu günkülər deyilik, biz bu gündəyik, amma bugünkü
deyilik. Biz bu gündəyik, lakin biz əbədiyik, sonsuzuq, kamilik!
Budur, mənim nöqteyi-nəzərimdən – Ata zamanı!

Haber Editörü

Hakan Dikmen 1

hakandikmen30@gmail.com
Yorum Ekle

Malatya'da pat pat kazası: 3 yaralı

Malatya'da feci kaza: 1 işçi hayatını kaybetti

Dışişleri Bakanlığı: Gazze barış planının ikinci aşamasına dair fikir alışverişinde bulunuldu

Hırvatistan ile Bosna-Hersek arasında radyoaktif atık tesisi gerilimi

KAHRAMANLARINA SAHİP ÇIKMAYANLAR BEDELİNİ ÇOK AĞIR ÖDER!

Samsun Valiliği’nden Gıda OSB Açıklaması: Yatırımlarla Büyüyor

ALANYA DOĞU ÇEVRE YOLU VE DEMİRTAŞ KAVŞAĞI HİZMETE AÇILDI

Lula da Silva: ABD’nin Venezüella'ya yönelik saldırganlığı insani bir felakete yol açabilir

Belediye Başkanı Geçit: Üç aylar manevi yenilenmenin zamanıdır

Ağlama, israfdır o yaşlar sənə,

Arif Hikmet Kılıç: “Varsa Yoksa Çat” Diyen Bir Hizmet Anlayışı

Mehmet Âkif Ersoy

Sakarya'da trafik kazası: 5 yaralı

Bingöl'de “Fetih Şuuru ve Üç Aylar” konferansı düzenlendi

ABD, Venezuela açıklarında bir gemiye daha el koydu

Bursa’da 42 parça tarihi eser ele geçirildi: 1 gözaltı

Meteorolojiden Akdeniz için fırtına uyarısı

Polonya sınır güvenliğini artırmak için kara mayınları döşeme kararı aldı

Malatya'da kontrolden araç kaza yaptı: 1'i ağır 2 yaralı

ABD'den Maduro'nun aile üyelerine yaptırım kararı

ABD'den Maduro'nun aile üyelerine yaptırım kararı

Ramsey’in Adıyaman Gölbaşı Caddesi’ndeki mağazası hizmete girdi - Videolu Haber

Rusya, 1003 Ukraynalı askerin cenazesini teslim etti

MİT Başkanı Kalın, Hamas heyetiyle bir araya geldi

Teknolojinin kalbi Bursa'da attı

Japonya'da otomobil ile yolcu treni çarpıştı

Başkan Bozbey'den gençlere 'hayal kurun' tavsiyesi

Filistin’in Direnişi ve Dirilişi Akademik Çalıştay ve Toplumsal Farkındalık Programı düzenlendi

Adıyaman’da şoförler odası seçiminde yarış başladı: Aday Ahmet Gündüz’den seçim bürosu açılışı - Videolu Haber

Muğla Milas'ta 'Taziye Evi' temeli

Yükleniyor

Haberi Sesli Oku

Arif Hikmet Kılıç: “Varsa Yoksa Çat” Diyen Bir Hizmet Anlayışı

DADAŞLARDAN DEPLASMANDA GÜÇ GÖSTERİSİ...

Oltu Karabekir Ortaokulu’ndan Atletizmde Büyük Başarı

Başsağlığı ve Taziye

U-16’DA YAŞ GRUBUNDA ŞİMDİ FİNAL ZAMANI

Avrupa'nın en gözde kış turizmi destinasyonu olan Palandöken Kayak Merkezinin 2025-2026 kış sezonu açıldı…

Bölge ve İl Müdürleri Toplantısı Gerçekleştirildi

Vali Çiftçi’den kalplere sıcak bir dokunuş

Anadolu’ya 1900 metre yükseklikten bakan şehir

Haydi gelin köyümüze geri dönelim…

Malatya'da 200 gönüllü öğretmen, 200 proje ile öğrencilerin geleceğine dokunacak

Malatya'da eğitimciler için psikososyal iyileşme desteği

​YÖK, Üniversite İzleme ve Değerlendirme Genel Raporu-2025’i yayımladı

İzmir Büyükşehir gençleri dijital gençlere hazırlıyor

Şanlıurfa’da baba-oğul sabah namazı buluşmaları düzenlendi

Ankara Keçiören'de gençlere Erasmus+ bilgilendirmesi

İzmir'de 47 katlı binada nefes kesen tatbikat

Bornovalı miniklerden 'yerli' coşku

"Üniversite İzleme ve Değerlendirme Genel Raporu-2025" yayımlandı

Bakan Tekin: Aldığımız her karar mutlaka bir öğretmenler odasında konuşularak alındı

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 16 12 1 3 24 39
2.FENERBAHÇE A.Ş. 16 10 0 6 22 36
3.TRABZONSPOR A.Ş. 16 10 1 5 14 35
4.GÖZTEPE A.Ş. 16 8 3 5 10 29
5.BEŞİKTAŞ A.Ş. 16 7 4 5 7 26
6.SAMSUNSPOR A.Ş. 16 6 3 7 4 25
7.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 16 6 5 5 -2 23
8.KOCAELİSPOR 17 6 6 5 -2 23
9.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 16 5 6 5 5 20
10.CORENDON ALANYASPOR 16 3 4 9 -1 18
11.ÇAYKUR RİZESPOR A.Ş. 16 4 6 6 -3 18
12.TÜMOSAN KONYASPOR 16 4 8 4 -8 16
13.GENÇLERBİRLİĞİ 16 4 9 3 -4 15
14.KASIMPAŞA A.Ş. 16 3 7 6 -7 15
15.HESAP.COM ANTALYASPOR 17 4 10 3 -15 15
16.ZECORNER KAYSERİSPOR 16 2 6 8 -17 14
17.İKAS EYÜPSPOR 16 3 9 4 -11 13
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 16 2 11 3 -16 9

YAZARLAR