14182,78%0,27
42,72% 0,02
50,18% 0,01
5950,58% -0,20
9607,06% 0,04
Düşüb qaranlıqda itən izimə,
Harda axtarım mən, indi özümü?
Bu pərən həyatım gəlmir ki, nəzmə,
Harda axtarım mən, indi özümü?
₼₼₼
Sevmək qədərimdir, başımı qatıb,
Şükürlər, dualar dilimdə yatıb,
Bilmirəm, yar məni, haraya atıb,
Harda axtarım mən, indi özümü ?
₼₼₼
Nolar üz vurma sən, sorma hardayam,
Yerimi bilmirəm, bəlkə dardayam,
Bəlkə taleyimlə qalma,- qaldayam,
Harda axtarım mən, indi özümü ?
Şəfəq Şərqiyyə Lətifli