Bugün, 19 Aralık 2025 Cuma
  • BIST 100

    14182,78%0,27
  • DOLAR

    42,72% 0,02
  • EURO

    50,18% 0,01
  • GRAM ALTIN

    5950,58% -0,20
  • Ç. ALTIN

    9607,06% 0,04

Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir

Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir

DÜNYA 12.06.2023 09:19:47 0
Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir
Hacı Salayev XX əsr bəşər tarixində fövqəladə hadisələrlə fərqlənməklə yanaşı, həm də böyük şəxsiyyətlər yetirmişdir. Onların içərisində dövrünün aparıcı liderlərinə nümunə olan dahi Heydər Əlirza oğlu Əliyevin adı, zəngin irsi xüsusi vurğulanmalıdır. Ümummilli Liderin həyat və yaradıcılığını ətraflı tədqiq edən alimlər onun fenomenal şəxsiyyət olduğunu bildirirlər.
Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir
Azərbaycan KP MK-nin lektoru kimi fəaliyyət göstərdiyim dövrlərdə partiya və dövlətin qərarlarından, inkişaf planlarından və s. irəli gələn vəzifələri və qarşıya çıxan problemləri yüksək səviyyədə öyrənməyə çalışırdım. Heydər Əliyevin irsi bir çoxları kimi, mənim də dünyagörüşümün formalaşmasına ciddi təsir göstərmişdir. Biz başqalarından fərqli olaraq Ümummilli Liderin irsini, nitqini, dəst-xətini nisbətən yaxşı duyurduq və lektorluq fəaliyyəti bizə imkan vermişdi ki, Ulu Öndəri yenidənqurma dövründə də dərindən dərk edək və duya bilək. Onun irsinin zənginliyi, cəlbediciliyi, doğmalığı ondan ibarət idi ki, böyük rəhbərdə müəllimlik məharəti, alim zəkası, adamları dinləmək, insanda müsbət emosiya yaratmaq mədəniyyəti və digər dəyərli cəhətlər var idi. Heydər Əliyev dağılmaqda olan Azərbaycanı qoruyaraq onu parçalanmaq təhlükəsindən xilas etmiş, ölkəmizi beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevirmişdir. Haqlı olaraq Heydər Əliyevi ABŞ-ni dünyaya ilk dövlət kimi tanıdan prezident Corc Vaşinqtonla, İkinci Dünya müharibəsindən sonra yanıb külə dönmüş Almaniyanı dirçəldən, yeni qüdrətli ölkələr sırasına çıxaran kansler Adenaura bənzədirlər. Türkiyənin keçmiş baş naziri Süleyman Dəmirəl demişdir: 'Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir'. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi (1969), ilk dövrlərdən özünü səriştəli dövlət xadimi kimi göstərməklə yanaşı, respublikanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Azərbaycan Respublikasının rəhbərinin ensiklopedik biliyə, iradəyə, təcrübəyə və s. malik olması onun diplomatiyasının məntiqini, gücünü artırırdı. Heydər Əliyev Azərbaycanı yeni istiqamətdə idarə etmək məqsədilə güclü kadr hazırlığına və elmin inkişafına önəm verməyə başlamışdır. Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir Azərbaycanda xarici ölkələr üçün mütəxəssislər hazırlanması, xaricə təhsil almaq üçün tələbələr göndərilməsi, ölkənin ədəbi, mədəni, siyasi həyatına dair ümumittifaq əhəmiyyətli konfransların Bakıda keçirilməsi respublikamızın yüksəlişini əyani olaraq sübut etmişdir. Bu tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyurduq. Göstərilən tələblər dövründə BDU-da əməkdaşı olduğum İqtisadi coğrafiya kafedrasının üzvləri ilə birlikdə 'Azərbaycanda məhsuldar qüvvələrin inkişaf etdirilməsi məqsədilə təbii şəraitin kompleks qiymətləndirilməsi' mövzusunda Dövlət Plan Komissiyasının İqtisadiyyat, Arxitektura və Şəhərsalma Komitəsinin layihə institutları və başqa təşkilatların alim və mütəxəssislərilə geniş əməkdaşlıq edirdik. Ümumiyyətlə, bütün elm-təhsil-innovativ sahələrdə vahid birlik var idi. Azərbaycanda təbii şəraitin, təbii ehtiyatların qiymətləndirilməsi və mühafizəsi sahəsindəki fəaliyyəti akademik Həsən Əliyevin ətraf mühiti mühafizə sahəsindəki fəaliyyəti ilə ümumi hərəkata çevrilmişdir.
Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir
Ümummilli Lider yaxşı bilirdi ki, XX əsrin ortalarından sonra əhali artımı, əhalinin tələbatı, elmi-texniki problemlər təbii şəraitə və təbii resurslara olan tələbatı artırmaqdadır. Ölkələr inkişaf etdikcə, antropogen təsirlər ətraf mühitdə böyük problemlər yaratmışdı. Fəaliyyətinin ilk onilliyində ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində 8 qanun qəbul edilmiş, Mərkəzi Komitənin, Nazirlər Sovetinin 30-dan çox qərarı verilmişdir. Azərbaycan keçmiş SSRİ-də ilk respublikalardan idi ki, ətraf mühiti mühafizə ilə bağlı təbii ehtiyatlardan səmərəli istifadə məsələləri qanunvericilikdə və icraedici orqanların fəaliyyətində öz əksini tapmışdır. Ulu Öndər yaxşı bilirdi ki, əhalinin demoqrafik artımına və tələbatına malik ölkənin iş yerlərinin yaradılmasına, məhsuldar ərazilərin genişlənməsinə və s. böyük ehtiyac vardır. Deyilənlərə təminat yaratmaq üçün kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır: torpaqlardan səmərəli istifadə və bərpa edilməsi; su hövzələrinin yaradılması, sulardan qənaətlə istifadə edilməsi; meşə qoruyucu sahələrin yaradılması; bioloji müxtəlifliyin qorunması məqsədilə Şirvan (1969), Bəsitçay (1974), Ağgöl (1978), İsmayıllı (1981) qoruqlarının və yasaqlıqların yaradılması; iri şəhərlər ətrafında yaşıllıq massivlərinin salınması; Kür-su kəmərinin çəkilməsi və su təmizlənmə qurğularının yaradılması, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması; istehsal infrastrukturunun yenidən qurulması; şəhər-kənd məskunlaşma sistemlərində urbanizasiya səviyyəsinin nizamlanması məqsədilə rayonların layihələşdirilməsi və şəhərsalmada kompleks konstruktiv yanaşmanın həyata keçirilməsi və s. Bu işlərin həyata keçirilməsi maddi-texniki bazanın, maliyyə-kredit sisteminin yenidən qurulmasına da ehtiyac yaratmışdır. Keçmiş SSRİ-də mərkəzi dövlətçilik sisteminin böyük məhdudiyyətlər qoymasına baxmayaraq, respublikada potensial imkanlar müəyyən edilmiş, elm və təhsildə yeni istiqamətlərin yaradılmasına da zərurət yaratmışdır. Bu yaradıcı münasibət kadrların hazırlığına da çox müsbət təsir göstərmişdir. Məhz 1970-1980-ci illərdə ali təhsil sistemində onlarla açılan yeni ixtisas kafedralarının böyük əksəriyyəti ekoloji təmayüllü kafedralar, yaxud da həmin sahənin inkişafına təsir göstərən kafedralar olmaqla təbii məhsuldar qüvvələrin idarə edilməsində mühüm yer tuturdu.
Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir
Ümummilli Lider 1993-cü ildə yenidən hakimiyyətə gəldiyi dövrdə Azərbaycanda siyasi-iqtisadi, sosial-mənəvi vəziyyət olduqca gərgin idi. Bu ağır vəziyyətlə yanaşı, qonşumuz Ermənistanla müharibə vəziyyətində idik. Daxildə siyasi qüvvələr arasında münasibətlər də kəskinləşmişdi. Göstərilənləri düzəltmək üçün Ulu Öndərdən çox vaxt analitik təhlillər və s. kimi ciddi əmək tələb edirdi. Gərginliklər tədricən aradan qaldırıldıqca Azərbaycanın bütün sahələrində olduğu kimi, ekoloji və ətraf mühitin mühafizəsinin idarə edilməsi və kadr hazırlığı istiqamətində yeni irəliləyişlər yaranmağa başlandı. Nəticədə 1997-ci ilin yekunlarına görə iqtisadi və sosial sahədə tənəzzülün tam dayandırılması mümkün olmuşdur. Hacı Salayev: Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə siyasi-hərbi, iqtisadi sabitliyin yaranması ilə xarici nümayəndəliklərin əməkdaşlıqlarına ölkəmizdə fəaliyyətlərinin davam etdirilməsi üçün şərait yaranmışdır. Önəmlidir ki, xarici mütəxəssislər Azərbaycanda təbiəti mühafizə sahəsində fəaliyyətə başlayanda mövcud olan qanunvericiliyi qəbul edirdilər. Həmin dövrdəki Dövlət Ekologiya Komitəsi rəhbərliyi ölkə Prezidentinin bu sahədəki ideyalarını əsas tutaraq, respublikada ekoloji tarazlığın saxlanılmasına ciddi riayət etmişlər. Eyni zamanda komitə tərəfindən Prezidentin ekoloji problemlərin idarə edilməsi sahəsindəki fərmanlarına uyğun olaraq Milli Fəaliyyət Planı hazırlanaraq təsdiqlənmişdir. Ekologiya sahəsində beynəlxalq siyasi prinsiplərin də nəzərə alınması ilə ölkədə elmi və texniki mütəxəssislərin qüvvə və bacarıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Məhz qısa vaxt ərzində BMT, YUNEP, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının nümayəndələri, ABŞ, Böyük Britaniya, Almaniya, MDB və başqa dövlətlərin təbiəti mühafizə təşkilatları ölkəmizin müvafiq qurumları ilə danışıqlar aparmağa başlamışlar. Onların əksəriyyəti ilə ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq müqavilələri, protokollar imzalanmışdır (1998). Respublika ətraf mühiti mühafizə üzrə Milli Fəaliyyət Planında təbiətimizin bioloji və landşaft müxtəlifliyini saxlamaq məqsədilə respublika ərazisində daha yeni Milli Parkların, dövlət qoruqlarının yaradılması zərurəti yaradılmışdı. Ulu Öndərin cəmiyyətin elmi əsaslarla idarə edilməsi sahəsindəki fəaliyyəti nəticəsində təhsil-elm-istehsalat birliklərinin əməkdaşlığı yüksək nəticələr vermiş və həmin sahədə alimlərin, mütəxəssislərin əlaqələri təkmilləşdirilmişdir. Göstərilən idarəçilik forması nəinki, təhsilin ekologiyalaşmasına, eyni zamanda gələcək mütəxəssislərin aşağı kurslardan istehsalla tanış olmalarına, məzun dövrünü başa vuranda istehsalatda sınaq müddəti keçmədən ilk günlərdən fəaliyyətə bacarıqlı mütəxəssislər kimi başlaya bilmələrinə şərait yaratmışdır. Azərbaycanın idarəedilməsinin strukturları ekologiyalaşmış, həmin sahədə bir təkamüllük yaranmışdı. Bu proses sonrakı mərhələdə də dövlət strukturlarının təkmilləşdirilməsinə və inteqrasiyasına müsbət təsir göstərmişdir. Məhz belə bir fəaliyyətin nəticəsi idi ki, Prezidentin 23 may 2001-ci il fərmanına uyğun olaraq Ekologiya və təbii ehtiyatlardan istifadəyə Nəzarət Komitəsi bir neçə komitələr, birliklər əsasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Fərəhlənirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün strukturlarında Azərbaycanın təhsil sisteminin, xüsusilə Bakı Dövlət Universitetinin məzunları da peşakarlıqla çalışırlar. Ümummilli Lider ikinci dəfə respublika rəhbərliyinə qayıdandan sonra ardıcıl olaraq islahatların həyata keçirilməsi ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə böyük təminat yaratdı. Eləcə də 1999-cu il 15 iyun fərmanı ilə 'Azərbaycan Respublikasında təhsil islahatı' proqramı müvəffəqiyyətlə reallaşmağa başladı. Ümumtəhsil islahatı dövründə ekoloji təhsil daha məqsədyönlü və intensiv həyata keçirildi. Heydər Əliyevin 22 yanvar 2003-cü ildə Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında fərmanı dövrün tələblərinə uyğun idi. Həmin fərman ekoloji təhsil sistemində, yeni ixtisasların yaranması ilə yanaşı, ekologiyanın elmlərarası əlaqələri daha da genişləndirilmişdir. Heydər Əliyevin fəaliyyəti dövründə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi zamanı da ekologiya və ətraf mühitin mühafizəsi məsələsi ölkənin inkişaf strategiyasının tərkib hissəsidir. Bütün idarəetmənin ekologiyalaşdırılması təbiət-cəmiyyət münasibətlərində yeni fəlsəfi məzmun yaratmışdır. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin islahatların ikinci mərhələsinə başlaması idarəetmənin bütün sahələrində və eləcə də ekoloji islahatların müvəffəqiyyətlə həyata keçirilməsinə təsir göstərmişdir. Müasir dövrdə dövlətimizin başçısının reallaşdırdığı geniş ekoloji siyasət mərhələsində yeni nəsil ekoloji təfəkkürə, ekoloji mədəniyyətə, ekoloji dilə və s. keyfiyyətlərə malik mütəxəssislər kimi fəaliyyət göstərməyə başlamışlar. Eyni zamanda əlverişli inteqrasiya şəraitində Ali Təhsil Sistemləri və AMEA-nın müvafiq institutları, xüsusilə təbiət və ekologiya ixtisasları ilə Yer elmləri arasında birgə kadr hazırlığı yaxşı nümunələr göstərmişdir. Xüsusilə Prezident İlham Əliyev tərəfindən Təhsil Nazirliyinin Azərbaycanın 'Elm və Təhsil Nazirliyi' adlandırılması haqqında fərman verməsi (22 iyun 2022-ci il) bütün imkanlardan daha səmərəli istifadə ediləcəyinə şərait yaradacaqdır. Azərbaycanın elm və təhsil əlaqələrinin tarixinə dair nümunələr göstərir ki, verilmiş fərman dövrün tələblərinə uyğundur. Şübhə etmirik ki, yaradıcı mütəxəssislərimiz Azərbaycan dövlətçiliyinin idarə edilməsinin yeni modelinə uyğun olaraq ekoloji sahələrdə də yüksək nailiyyətlər qazanacaqlar.

Haber Editörü

Hakan Dikmen 1

hakandikmen30@gmail.com
Yorum Ekle

İstanbul’da üç ilçede 19 saatlik su kesintisi

Adalet Bakanı Yılmaz Tunç: Sanal kumarda biyometrik doğrulama zorunlu olacak

Ticaret Bakanlığı’ndan emlak dektörüne 173 milyon lira ceza

Yürekli–Şengör’den Isparta’ya kültür sanat merkezi

Yeşilyurt'ta öğrencilere uygulamalı deprem eğitimi

TOKİ 500 Bin Sosyal Konut Projesi’nde başvuru süreci bugün tamamlanıyor

Bursa Yenişehir'de ritim kursuna yoğun ilgi

Bursa'da Doğan Ersöz, 31. ölüm yıl dönümünde unutulmadı

Prof. Dr. Atalay: İnternette olan, internette kalmıyor

Batman'da 7 katlı binada yangın

Malatya Hekimhan'a 281,8 milyon TL'lik altyapı yatırımı

İzmir Karabağlar'da 'Katılımcı Yönetim Modeli' örnek gösterildi

FETÖ elebaşı Fetullah Gülen’in yeğeni Yasir Gülen İstanbul’da yakalandı

Aksa Şanlıurfa Doğalgaz’dan İLKHA’ya ziyaret

Malatya'da trenin çarptığı öğrenci hayatını kaybetti

Kocaeli'de engelleri aşan adımlar sahneye taşınıyor

Gaziantep, Japonların seyahat şehirleri arasına alındı!

Ankara Keçiören'de Başkan Özarslan, mahallelinin taleplerini dinliyor

Sosyal korumaya 2024’te 4,96 trilyon TL harcandı

Cumhurbaşkanlığı Büyük Ödülleri Sahiplerini Buldu: Erdoğan Kültür ve Sanatı Öne Çıkardı

E-ihracatta Gümrük Kolaylığı: Yeni Genelge ile Süreçler Hızlanıyor

Antalya Zeytinköy’e yeni polis karakolu kuruluyor

Sarıkamış Kayak Merkezi, 2025-2026 sezonuna açıldı

Ankara Bilim Üniversitesi’nde Sudan için dayanışma buluşması

İbradı Belediye Başkanı Sekmen, Başlar Köyü’ndeki projeleri yerinde inceledi

Antalya Kale Üçağız, UNWTO 2025 En İyi Turizm Köyleri listesinde

Asgari ücret açıklanmadan gelen zamlara vatandaşlar tepki gösterdi

Siyonist rejimden yeni gasp: Tubas'ta onlarca dönüm araziye el konuluyor

İngiliz fırıncının Meksika ekmeğine hakareti sosyal medyada ulusal krize yol açtı

Yetimler Vakfı'ndan Kenya'da katarakt ameliyatı çalışması

Yükleniyor

Haberi Sesli Oku

Avrupa'nın en gözde kış turizmi destinasyonu olan Palandöken Kayak Merkezinin 2025-2026 kış sezonu açıldı…

Bölge ve İl Müdürleri Toplantısı Gerçekleştirildi

Vali Çiftçi’den kalplere sıcak bir dokunuş

Anadolu’ya 1900 metre yükseklikten bakan şehir

Haydi gelin köyümüze geri dönelim…

Ahmet Dal’dan “Yeter artık!”

Anahtar Parti Oltu’da Saha Çalışmalarını Sürdürüyor

Vedat Kan’la 25. Gün’ de “Palandöken Belediyesi ” vardı…

Erzurum'da nitelikli üretim ve istihdamın artırılmasına teşvik amaçlı bir bakış…

PERDEDE OYUN KÖYDE ŞENLİK VAR…

Bursa Yenişehir'de ritim kursuna yoğun ilgi

Edirne Keşan'da İnönü İlkokulu'na Millî Eğitim Müdürlüğü'nden İnceleme

Meslek lisesi öğrencileri, elektrik panosuyla kodlama robotu üretiyor

Kocaeli’nin yerel lezzetleri tanıtıldı

Edirne Keşan'da İnönü İlkokulu'na Milli Eğitim'den inceleme

Trabzon'da İletişim'den dezenformasyon ve dijital dolandırıcılıkla mücadele eğitimi

MEB’den 811 öğrenciye 45 ülkede burs sağlanacak

MEB’in dijital servisleri ÖBS ve OVA’dan 600 bini aşkın kişi yararlandı

Geleceğin bilim insanları Beylikdüzü'nde yetişiyor

ÖSYM Uzman Yardımcılığı Giriş Sınavı giriş belgeleri yayımlandı

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 16 12 1 3 24 39
2.FENERBAHÇE A.Ş. 16 10 0 6 22 36
3.TRABZONSPOR A.Ş. 16 10 1 5 14 35
4.GÖZTEPE A.Ş. 16 8 3 5 10 29
5.BEŞİKTAŞ A.Ş. 16 7 4 5 7 26
6.SAMSUNSPOR A.Ş. 16 6 3 7 4 25
7.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 16 6 5 5 -2 23
8.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 16 5 6 5 5 20
9.KOCAELİSPOR 16 5 6 5 -3 20
10.CORENDON ALANYASPOR 16 3 4 9 -1 18
11.ÇAYKUR RİZESPOR A.Ş. 16 4 6 6 -3 18
12.TÜMOSAN KONYASPOR 16 4 8 4 -8 16
13.GENÇLERBİRLİĞİ 16 4 9 3 -4 15
14.KASIMPAŞA A.Ş. 16 3 7 6 -7 15
15.HESAP.COM ANTALYASPOR 16 4 9 3 -14 15
16.ZECORNER KAYSERİSPOR 16 2 6 8 -17 14
17.İKAS EYÜPSPOR 16 3 9 4 -11 13
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 16 2 11 3 -16 9

YAZARLAR