14227,10%0,41
42,83% 0,03
50,49% -0,06
6168,79% -0,38
10014,28% 0,39
Eluca Atalı
Günahın bəraət haqqı yoxdur
Asif Ata Ocağının Evladı olduğumu artıq demişəm, sadəcə, bilməyənlər və ya imzama ilk dəfə rast gələnlər üçün bilgi verirəm. Ata Evladı olmaq Dünyaya, Həyata və İnsana yeni baxışla, ölçü ilə yanaşmaq deməkdir. Nədir bu ölçü?
Mütləqə İnamdır - Mütləq olanı VAR saymaq, nisbi olandan keçmək. Nisbi olan ölümlüdür, Mütləq olansa əbədi yaşayır.
Növbəti yazılarımda bu konunu qədərincə incələyəcəm, bu dəfəki konum güzəştlə bağlıdır. Ata Evladlarına deyərdi: "Atadan güzəşt gözləməyin. Ata kendinə güzəştə gedirmi ki, sizə də güzəştə getsin?" Ata bizə aşıladı ki, güzəştdə şərlə barışmaq var, barışdığına baş əyirsən. Əgər güzəştlə kendini bir məqamda rahat hiss edirsənsə, sonra bu zərrə-zərrə artır, böyüyür və bu artmalar, böyümələr adamın insan olmasına imkan vermir.
Ata "Adamdan üstün" kitabında yazır: "Niyə bu qədər ağır addımlayırsan Adam?" Adam cavab verir: "Çünki yüküm ağırdır!" Nə idi Adamın yükü? Kendindən sorsan bəlkə də cavabsız qoyar, düşünər, amma inanıram ki, yükünün çox olduğunu, nə olduğunu, addımını ləngidəndən nasıl qurtulacağının yolunu belə bilməz. Adam dərk etməz ki, onu yükləyən günahdır, səhvdir, nöqsandır. Ondan xilas olmanınsa bir yolu var: Kəndini dərk etmək, kimliyini dərk etmək, günahdan təmizlənib, kendinə qovuşmaq. Bunun üçün də ilk növbədə kendinə güzəştə getməyəcəksən.
Ata bu dərsi biz Evladlarına verdi!
Adam kendinə güzəştə getməklə kendini artıra bilmir. Artmayansa, azalır, xırdalanır, məhv olur.
Adamın İnsan ola bilməməsi onun kəndi günahıdır.
Bu günahdır, günahınsa bəraət haqqı yoxdur!