Əhməd Ağaoğlu yazdığı yazılara görə Azərbaycanda mollalar ona düşmən kəsilir. Bir dəfə də Ağaoğlu qoçular tərəfindən möhkəm döyülür.
Ağaoğlunun davasının düşmənləri ciddi və güclü idi. Çar Rus imperiyası, Ermənilər, mühavizəkar din adamları, molla təbəqəsi, aydınlanmaq istəməyən kütlə.
Ağaoğlu yazdıqca düşmənləri çoxalır. Rus imperiyası, Ermənilər, mollalar və cahillərin düşmınçiliyi və terrorundan qorunmaq üçün Osmanlıya qaçır.
Türkiyə cümhuriyyətinin quruluş illəri. Ağaoğlu parlamentdə deputatdır. Bu dönəmdə də
Ağaoğlu İslamla, İslam dünyasının modernləşməsi ilə bağlı çoxlu kitablar, məqalələr yazır. Mühabizəkar din adamları bu yazılarından dolayı Ağaoğlunun Türkiyə məclisundən qovulmasını, çıxarılmasını tələb edirlər. Məsələ gündəliyə çıxarılır. Müzakirələr qızışır, kimi onu islam düşməni, kimi türk düşməni, Osmanlı düşmıni, xain çıxarır.
Əhməd Ağaoğlu yerdən söylənir.
Əfəndilər, yanılırsınız, mən ömrüm boyunca islam düşməni olmadım. Sizin yıpratdığınız İslamı sadəcə yenidən diriltmək istədim.
Əhməd Ağaoğlu İslam dünyasını dirçəltmək üçün çox radikal fikirlərdə bulunmuş, inqilabi islahatlara çağırış ermişdi. Cahil kütlə doqmalara inandığı üçün onu düşmən elan etmişdi. Ağaoğlunu anlamamışdılar.
Cahil kütlə doqmaya inanar, qırmızı çizgilərimə toxunma deyər.
Yazar isə bütün doqmaları yıxar, qırmızı çizgiləri aşar. Əhməd Ağaoğlu bütün doqmatiklərin qırmızı çizgilərini aşmışdı. İnsanların inanclarına toxunduqca əsəblərinə də toxunmuşdu. Bütün dəyərləri yenidən dəyərləndirmişdi. Yenidən dəyərləndirmə sürəcində çox saylı düşmənlər qazanmışdı.
Toplumun inanclarını yıxanı toplum aforoz edər.
Ya susmalıyıq, yazmamalıyıq, ya da aforoz olunmağın sonucuna qatlanmalıyıq.
Bizim yazdıqlarımız kimə toxunur?
1.İşğalçı, baş düşmən Rusiyaya. Rusiyapərəst İqtidar mənsublarına. Rusiyanın Azərbaycandakı təmsilçilərinə. İqtidarın yanlış antimilli siyasətindən yazdıqca iqtidar təmsilçiləri, dəstəkçiləri bizi radikal, barışmaz, idarəolunmaz şəxs adlandırmaqda.
2.İmperialist və işğalçı baş düşmən Qərbə. ABD+AB. Amerikanın, Avropanın Azərbaycandakı İnstitutlarına, təmsilçilərinə. Kosmopolit, pulla alınıb satılan vəkillərinə, ən əsası irqçi zehniyyətinə və mədəniyyətinə
3. İrana və Panfarsizmə. İranın Azərbaycandakı qoluna, ideologiyasına, təmsilçilərinə
4. Vəkalət düşməni Ermənilərə və Ermənistana.
(Təbiidir ki, bütün bu şəbəkələr də bizi vurmaqda, cavab verməkdədir.)
Biz kim üçün yazırıq? Türk Milləti üçün.
Kimi qoruyuruq? Türkü.
Nə istəyirik? Turan.
Mənim qırmızı çizgim də Türk Millətidir. Onun haqlarını və maraqlarını heçə sayan iqtidarla da savaşaram, müxalifətlə də.
Azərbaycandakı iqtidar da müxalifət də Türk millətindən və ülküsündən qopuqdur. Türk Millətinə, onun keçmişinə, gələcəyinə eyni mövqedən yanaşır. Elə bir ciddi fərqləri yoxdur. Hətta son dönəmlər iqtidar müxalifətlə nisbətdə Türk millətinə doğru heç olmasa bir addım atmağa çalışdı, TDT, Şuşa bəyannaməsi və.s. Amma bunlar yetərli deyil. Anayasa dəyişməlidir. Dilimiz Türk, Millətimiz Türkdür. Azərbaycan Dövləti Türk dövlətidir. Azərbsycan Türkləşdikcə İran da türkləşəcəkdir. İran-Qafqaz-Türkiyə türkləri birləşərək 150 milyonluq bir güc olur. Yalnız Bu 150 milyonluq türk gücü ilə Avropa və Rus imperializminin qarşısında dirəniş göstərmək mümkündür. Bu baxımdan Şah İsmayıl-Sultan Səlim qırmızı çizgilərini çoxdan tapdalayıb keçmişəm.
Biz Avropa ( ABD+AB), Rus-Slavyan Mədəniyyət sistemlərinə qarşı Türk-Turan, Türk-İslam mədəniyyət sistemlərini qoyuruq, bu mədəniyyət sistemini yenidən dirçəldirik. Biz Qərb, Rus-slavyan, Çin, Hindistan dünyalarının və mədəniyyət sistemlərinin yanında bir də Türk-Turan, Türk-İslam dünyasını və mədəniyyət sistemini görmək istəyirik, yenidən inşa etmək istəyirik.
Bu doğrultida durmadan yazacağam. Savaşacağam.
Gerisi təfərrüatdır...