14169,30%0,02
42,85% 0,06
50,69% 0,07
6187,83% -0,07
9975,22% 0,00
İniltim kəsilmir, ağrı acıdan,
Bükülüb dərdimə necə yatacam?
Günümün sovqatı düşmür bacadan,
De, kimə dərdimi bölüb satacam?
Könül ağacımın budaqlarında,
Taleyi döyülən, sərvətim batır.
Yamanlıq çoxalıb hər budağında,
Şər xəta dünyası, başımı qatır.
Ədavət bazarında sınıb ürəyim,
Özünün özünə faydası yoxdur.
Namərdin əlində qalıb çörəyim,
Onun minnətinə gözlərim toxdur.
O şöhrət atınln incə belində,
Sözə dönük çıxıb, haqlı gəlibdir.
Qılınc oynadanın fitnə felində,
Ürəyi yaralı, dağlı gəlibdir.
Arzum səfəridən boş qayıtsada,
Onu ünüdləri tutub saxlayır.
Yorğun xəyallarım onu atsada,
Özünü vədəsiz budanmış sayır.
Tutub əllərimdən məni saxlayan,
Biri baş kəsəndi, biri qaş qoyan.
Eh vay, varmı məntək ağlayan,
Dadını almadan dünyadan doyan?
Şəfəq Şərqiyyə Lətifli