14169,30%0,02
42,85% 0,06
50,69% 0,07
6187,83% -0,07
9975,22% 0,00
Mən papaq deyiləm başlarda gəzib,
Ölçüsüz əyintək bədən bəzəyim.
Yaradan mənidə zərindən kəsib,
Haqqım yox o zərin siminə dəyim.
Tale üzümüzü güldürməyəndə,
Kədərə gülməyi öyrədir bizə.
Hədərə ömrümüz heçə gedəndə,
Dərdimiz bənzəyir çılğın dənizə.
Ləpələr daşırlr qəmi sahilə ,
O qəmdə yuyunan qumtək oluram.
Yuyulan günahım dönəndə gilə,
Sevgi qədəhinə axıb doluram.
Yenədə görüşür ruhum Sevgiylə,
Mən Onun yanında adam oluram.
İnsantək üstümü örtən dəriyə,
Tövbəylə dil açıb, cismə doluram.
Yaradan birdə mən özüm olunca,
Sevincim yayılır cümlə cahana.
Orda əhvalımı bir görən olsa,
Deyər aldanmadın cinə şeytana.
Şəfəq Şərqiyyə Lətifli