Mən kimin əlindən tutsam, buraxdı,
Səbəbi günahsız, günah kar oldu.
Həyat nə vermişdi başıma qaxdı,
Səbəbi günahsız günahkar oldu.
₼₼₼
Göz ilə qaşların arasında mən,
Yel olub arzuyla kükrəyən, əsən,
Bəzən də həyatda önümü kəsən,
Səbəbi günahsız, kol hasar oldu.
₼₼₼
Bağlandı ömrümün bütün yolları,
Qırıldı ruhumun sevgi qolları,
Düşmədi əynimdən zülm donları,
Səbəbi günahsız, donum dar oldu.
₼₼₼
Susa bilmirəm mən yetər, bəsimdi,
Gözümdən axan yaş, nalə səsimdi,
Sən soruş mən deyim, səbəbkar kimdi,
Səbəbi günahsız, zülmə ar oldu.
Şəfəq Şərqiyyə Lətifli