Tarih: 18.06.2025 07:58

Qarşılıqsızdı sevgim...

Facebook Twitter Linked-in

Bu sevgi mənim idi,  
Açarını itirdim...
Tapmadı yerini yuxusuz gecələrim. 
Yüzlərlə mesajımda,
Bitməyən həsrətinin,
Sərhədlərini sildim...

Başqasını sevirdi,
Qarşılıqsızdı sevgim.
O olmadan,
Sevməyi,
Susmağı öyrənirdim...

Bəlkə bir gün anlayar,  
Deyib dualar etdim...
Zaman gözümü yordu,
Bu yolu sevgisiz, sevgisiz getdim.

Qarşılıqsızdı sevgim,
Görünmədi acısı.
Oda taleyim kimi...
Yazdığı qədərimin, 
Melodiyasın oxutdu...

Bu sevgi mənim idi...  
Açarını unutdum. 
Mən açmaq istədikcə,  
O qapı möhkəmləndi.  
Hisslərim kirayəçi,
Sahib olmadım ona.

Qarşılıqsızdı sevgim...
Düşündüyüm hər anın,
Yanlış tərcüməsiydi...
Ümüdüm, tək bir baxış,
Oda mənim deyildi...

Ona gülümsəyirdim,
Oda– başqa birinə.  
Duam ikən dilimdə,
Başqasını sevirdi.

Günahını almıram,
Qarşılıqsızdı sevgim...
Günahsızdı danmıram,
Oda məntək insandı...
Atəşsiz ocaq kimi,
Alovsuzdu kül kimi...

Bu sevgi mənim idi, 
Yaşanmadan tez bitdi...
Bu sevgi qonaq kimi,
Məni tək qoyub getdi.

Həsrətim qışqırmadan,
Yolumuzu ayırdı...
Nə göz yaşı, nə baxış...  
Nədə bir sözü qaldı...

Günahmı etdim görən,
Qarşılıqsız sevmişəm? 
Yaşanmamış gün kimi...
Evimə qayıdıram...

Boğazımda ilişən,
Deyilməyən söz idi.
Baxışımda donan şəkli,
Gülüşsüz gözlər kimi...

Görünmədən gedirəm —  
Qalsam nə dəyişəcək?
Varlığım bilinmədi,
Gedişimmi bilinəcək?

Adım yadında deyil, 
Səsimi eşitməyib...
Fəryadı belə oldum,
Varlığımı bilmədi..

Heç fərqi yox yuxudan,
Yuxusunamı girmişəm?
Ruhuna toxunmadan,  
Qarşılıqsız sevmişəm.

Şəfəq Şərqiyyə Lətifli

 




Orjinal Habere Git
— HABER SONU —