Tarih: 04.02.2025 12:39

Pozan da saxtaymış...

Facebook Twitter Linked-in

Gəl pozaq sükutu,
Yenə çəkərik.
Danışıb ürəyin sözünü,
Sən də, mən də rahat edərik...

Pozanın mən olum, 
Sağ əlin tutar...
Qələmin ucuna söykənsin qolun,
O sənə mürəkkəb ,sən ona duvar.

Gözlərini bağla, ehtimal var ki,
Axacaq mürəkkəb, alışınca göz...
Bu günün yaxası o qədər dar ki,
Girə bilmir bu gün,  qəlbə bircə söz...

Deyirdim bir gün, hər şey dəyişər,
Şirin sözlər kimi bal dadarıq biz...
Elə qarışdı ki, ürəkdə işlər,
Yerini dəyişdi ürəyim səssiz...

Qapandı göz kimi, yorulan ürək,
Haqqımı əlində tuta bilmədi...
Qədərin yazısın pozdum  bilirdim,
Pozan da saxtaymış, sildim silmədi...

Şəfəq Şərqiyyə Lətifli




Orjinal Habere Git
— HABER SONU —