Tarih: 19.02.2024 21:17

Həqiqətlər

Facebook Twitter Linked-in

Asif Ata

(Azərbaycanın böyük filosofu)


 

Həqiqətlər


 

Türk Günahı


 

Böyük Hikmət yaratdı, Böyük Sənət yaratdı,

Böyük Səltənət yaratdı – Böyük Vəhdət yaratmadı.

                               1985-ci il

Oğuz

Bir-birinidən ayrı düşmüş Övlad Atası.

Səlcuqlar

Türkiyə yaradan – Türk Birliyi yaratmayan.


 

Osmanlılar

İmperiya yaradan – Fatehliyə yaramayan.

Cavan Türklər

Daxilindəki Yırtıcını parçalayan - Xaricdəki Yırtıcıya parçalanan!

Xırdalanmaq

Türk əvəzinə – azərbaycan türkü, osmanlı türkü, özbək, qazax, qırğız, türkmən, əfşar, qacar... 

Vahid dəniz əvəzinə – müxtəlif səmtə axan çaylar, arxlar, gölməçələr...

Mətanətli, dəyanətli, qoçaq, məğrur, ancaq dağınıq, bu səbəbdən də dağılan, dağıdılan.

Var olmağı bacaran – Bir olmağı bacarmayan. 

                                                            1986-cı il

Sabah

Azərbaycan - Türk Dünyasının Beyni və Ürəyi.

Türkiyə - Türk Dünyasının qolu və kürəyi.  

                                              29 avqust, 1986-cı il




Orjinal Habere Git
— HABER SONU —