Eşqi, səadəti, gizləyən taleh,
Günahkarı sənsən, məni bilirlər.
Məni dərdə salıb, izləyən taleh,
Günahkarı sənsən, məni bilirlər.
#####
Bir eşqi pay verdin, gözləri yaşlı,
Dünyası dərbədər, qəmi naxışlı,
Elə sınıb qəlbim, daim qarğışlı,
Günahkarı sənsən, məni bilirlər.
#####
Nənniyə bənzəyir, taleyim düzü,
İçində qəmlərin, böyüdü yüzü,
Bahar ömrümüzə, gətirdin "güzü,,
Günahkarı sənsən, məni bilirlər.
#####
İstəmirəm bu ömrü yaşayaq qoşa,
Dirənsə aylarım, illərim daşa,
Qırğınlığım verdi sənlə baş başa,
Günahkarı sənsən, məni bilirlər.
#####
Çox qara yaxdılar, sıxdım dişimi,
Qorxudan unutdum halal işimi,
Yalvarıb,-yaxardım sordum, bu, işmi?
Günahkarı sənsən, məni bilirlır.
#####
Daha bəsdir ürək, bəsdir ağladın,
Acı sözlərinlə məni dağladın,
Susdun danışmadın, düzü saxladın,
Günahkarı sənsən, məni bilirlər.
Şəfəq Şərqiyyə Lətifli