Tarih: 16.09.2024 10:20

...düzün de, şair.

Facebook Twitter Linked-in

Baxırssn bu dünya haqdan ayrılıb.
Haqqı tanıyırsan?, düzün de şair. 
Vicdan üsyan edib, candan sıyrılıb.
Haqqı tanıyırsan?, düzün de, şair!
                      ₼₼₼
Özünü atırsan önə, nər kimi,
Güya döyünürsən, könüllər kimi,
Durmusan qarşımda bilənlər kimi,
Haqqı tanıyırsan?, düzün de, şair!
                     ₼₼₼
Almısan dünyanı, ata evintək,
Sanırsan səninlə düşmandır Fələk, 
Dindən başın çıxmır, gəlirsən kələk,
Haqqı tanıyırsan?, düzün de, şair!
                       ₼₼₼
Ac toyuq misalı xəyal qurursən, 
Yatıb yuxularda darı görürsən,
Haqqın verdiyinə mənim deyirsən,
Haqqı tanıyırsan?, düzün de, şair! 
                     ₼₼₼
Tənqidə layiqi, tərif edirsən,
Tərif görməyəndə,  küsüb gedirsən, 
Nadana, şeytana təzim edirsən,
Haqqı tanıyırsan?, düzün de, şair!
                     ₼₼₼
Bir yalan üstünə, beşin deyirsən,
Dəyişib min sifət, maska geyirsən, 
Haqqı dana-dana, haqq döşüyürsən,
Haqqı tanıyırsan?, düzün de, şair! 
                   ₼₼₼
Sənə məsləhətim paklarla qoşul,
Adına layiq ol,  şərdən uzaq ol,
Eqoyla başlanan, uçrumadır yol,
Haqqı tanıyırsan? düzün de, şair!
                     ₼₼₼
Vicdanı olmayan sual döşəyir, 
Neçə neçə sual cavab gözləyir,
Allahın sevgisi səni bəzəyir, 
Haqqı tanıyırsan? Düzün de şair.

Məndə soruşuram onlar kimi
Mən sənin yolunda,  canımı verrəm,
İstəsən ömrümü, önünə sərrəm, 
Sən yalan deyilsən, nə həlləm-qəlləm,
Haqqı tanıyırsan? düzün de, şair!

Şəfəq Şərqiyyə lətifli




Orjinal Habere Git
— HABER SONU —