Tarih: 03.02.2025 09:37

Dünya

Facebook Twitter Linked-in

Bu ömür bağının yolu, bərəsi 
Biri gələsidir, biri gedəsi.
Ömürdən tökülən günün birisi
düşüb qalasıdır, biri itəsi

Bu dünya bir bazar, ömür mətası
Dərdində gizlənir bəzən səfası
Gücünün, varının yoxdu vəfası
Kimə kamı tuşdur, kimə cəfası

Əzəldən belədir işi, gərdişi
Biri çürüyəsi, biri bitəsi
Hey üzə gülmək də olsa peşəsi
Kimə dərd verəsi, kimə güləsi

Könül, anla artıq gəlmisən hara;
-Bu sirri çoxlar yox, azlar biləsi
Bir şair Çərkəz də gəlib dünyaya
Bir şeir, bir nəğmə deyib gedəsi




Orjinal Habere Git
— HABER SONU —