Tarih: 16.01.2023 10:56

Din bir silahdır

Facebook Twitter Linked-in

  Din bir silahdır. Türkiyənin gerçək silahı dronlar, F-16-lar deyil, İslamdır. Türkiyənin gerçək silahını əlindən almışlar. Min il İslam dünyasına, 3 qitəyə liderlik edən bir gücü NATO-ya almışlar, yəni Batı dünyasının, Batı blokunun hizmətçisinə (Azərbaycan türkcesində xidmətçisinə) çevirmişlər... Bir mədəniyyətin qurucu liderini, gücünü başqa bir mədəniyyətin içində əritmişlər, bitirmişlər, hizmətçi (xidmətçi ) yapmışlar. Tarix dövlətlərlə deyil, mədəniyyətlərlə yürür. Güc olmaq istəyən dövlət mütləq şəkildə bir mədəniyyəti təmsil edər. Türkiyənin 2 gücü var. Turan-Türklük, Türk İslam dünyası-İslam ideologiyası-Quran Türkiyə-Turan dünyasını quraraq 350 milyon insana, 10 milyon kv.km coğrafiyaya, İslam dünyasını təşkilatlandıraraq 2 milyard insana, Afro-Avrasiyaya hökm edə bilmək potensialı daşıyan bir gücdür. Gücünün fərqində ol Türkiyəm. Gücünü dərk et Türk! Batı dünyanın mərkəzi deyildir. Dünyanın mərkəzi Türkiyədir, Türk-islam mədəniyyətidir. Türk -İslam mədəniyəti Allahı-təbiəti-İnsanı-Ailəni mərkəz alan, qoruyan mədəniyyətdir. Kürəsəl güc olmaq istəyən bir mədəniyyət, bir strateji mütləq şəkildə bir ideologiyaya, bir inanca, bir düşüncə sisteminə-fəlsəfəsinə söykənmək məcburiyyətindədir. Fəlsəfəsi və stratejisi olmayan millətlər kürəsəl güc ola bilməzlər. Sekulyarizm də bir silahdır. Batının Silahı. Fərqli mədəniyyətlərin insanlarını Batı mədəniyyəti qarşısında tərksilah edən, Batı ilə uzlaşdıran və Batıya yem edən silah. Sekulyarizm prosesi alternativ mədəniyyətləri məhvər gücdən, nüvədən, mədəniyyəti yaradan ruhdan məhrum etmək və Batı mədəniyyətinə boyun əydirmək silahı idi. Alternativ mədəniyyətlərin silahını, gücünü, ruhunu əlindən almaq texnologiyası, strategiyası idi. Batının kürəsəl hegemonyasının işləyişini, Batı qarşısında alternativ mədəniyyətlərin toz olmasını, sovrulmasını təmin edən görüş, fəlsəfə, mexanizmdir. Çünki Batı yaxşı bilir ki, din mədəniyyəti doğuran və ona şəkil verən yaradıcı bir gücdür. Hər mədəniyyətin Allah-İnsan, Allah-Təbiət, İnsan-İnsan, İnsan-Əşya münasibətləri haqqında öz təsəvvürləri, öz fəlsəfəsi vardır. Türk-İslam mədəniyyəti Batı mədəniyyətindən fərqlidir, öz inancı və öz fəlsəfi sistemi vardır. Gerçək güc 2 milyard insanın qəlbinə və vicdanına hakim olan silahı əlində tutmaq, iyi kullanmaqdır. Türkiyənin 2 milyard müsəlmana, İslam dünyasına hökm etmək gücü, tarixi mirası, modeli, təcrübəsi, gələcəyi, potensialı vardır. Gerçək güc dövləti yönətmək deyil, mədəniyyəti yönətməkdir. Türkiyə Batı mədəniyyətinə alternativ olan -Türk -İslam mədəniyyətinin lideridir. Türkiyə bir gücdür! Misyonumuz - 1. Öncə TURAN-ı quracağıq. Türkü gücləndirəcəyik. 2. Türk, İslam dünyasını təşkilatlandıracaq və yönləndirəcəyik. 3. Batı mədıniyyətinə alternativ olan Hind, Çin, Türk-İslam mədəniyyətlərinin iştirakı ilə çox qütblü dünya qurulacaqdır. Batı mərkəzli dünya quruculuğu prosesi, Batı mədəniyyətinin hegemonyası bitəcəkdir. Dünyada ilahi ədalətli nizamı sen quracaqsan Türk. Bu misyonunu unutma. Sənı aşiqəm Türkiyəm, Osmanlım. Amerika -Batı mədəniyyətinin kosmopolitizm mərhələsinin bir modelidir. Bir dönəmidir. Osmanlı-Türk-İslam mədəniyyətinin kosmopolitizm mərhələsi, modeli idi. Batı mədəniyyətində Amerika nədirsə, Türk-İslam mədəniyyətində də Osmanlı odur. Osmanlı da Türk-İslam mədəniyyətinin Amerikasıdır. P.S. Dindar deyiləm amma, dinin İnsan həyatında, mədəniyyətlərin və millətlərin həyatında oynadığı müəzzəm rolu bilənlərdənəm. Din İnsan vicdanına hökm edən yeganə gücdür. Yaxşı kullanırsan sən onu yönətirsən, kullanamazsan o səni yönətir. Tarix boyu Türklər İslama, İslam da Türklərə xidmət etmişdir. Türk İslamdan öncə də böyük güc idi, İslamsız da güclü idi. Lakin məhz İslamla da kürəsəl güc olmuşdur. Tenqriçi Çengiz Xan İmperatorluğu bir Türk dünya gücü idi, Avrasiya dövləti idi. İslamçı Səlçuklu imperatorluğu bir Orta Doğu gücü idi, Osmanlı, Səfəvi, Babur Türk -İslam dövlətləri Türkü kürəsəl gücə çevirmişdilər. Dinmi Türkü şərəfləndirdi, yoxsa Türkmü Dinləri şərəfləndirdi, düşünməyi sizə buraxıram. Yasəmən Qaraqoyunlu.    


Orjinal Habere Git
— HABER SONU —