Tarih: 16.09.2024 10:21

Baxa baxa

Facebook Twitter Linked-in

Qarışıb istəklər sevgi rənginə,
Çəkilir tabloya üz baxa baxa. 
Asılb göylərdən sevgi xətrinə,
Gecəyə qalmışam düz baxa baxa.

Kül  etdin ömrümü, barışmır dünyam,
Ürəyimdəki səsi yoxdur bir duyan, 
Atəşin içində, alovda qoyan,
Yanıram  içimdə göz baxa baxa.

Qarma qarışıqdı hər tin bucağı, 
Neçə neçə eşqin sönüb ocağı, 
Əlləri bağlı boş, günün qucağı,
Gecələr uzandı üz baxa baxa.

Qalmadı kürk çuxa sözün əynində,
Nala mıxa vurub söz dəyişəndə,
Oldu yumaq kimi hər bir sinədə, 
Bir tək mən ağladım yüz baxa baxa.

Ömrümü uduzdum  zülmə mat qaldım,
Beh qoyub  ruhumu günü borc aldım,
Borc xərci çoxaltdım,  qurtuldum sandım, 
Xərcim artdı hər gün göz baxa  baxa.

İlan yuvasında adi heyvandı,
Toxunsan quyruğu,  əsil şeytandı, 
Zəhəri bal bəhər,  hərdən düşmandı, 
Dünya da belədir,  döz baxa baxa.

Şəfəq Şərqiyyə lətifli




Orjinal Habere Git
— HABER SONU —