Bugün, 12 Haziran 2025 Perşembe
  • BIST 100

    9544,75%-1,46
  • DOLAR

    39,33% 0,40
  • EURO

    45,74% 1,58
  • GRAM ALTIN

    4273,63% 1,19
  • Ç. ALTIN

    6844,45% 1,28

Kərkük Mətbuatının Yaranması Tarixi Və Müasir Vəziyyəti[1]

Kərkük İraqın ən böyük dördüncü şəhəridir. Kərkükdə ilk mətbənin yaradılması burada mətbuat oqranlarının da nəşrinə təkan vermiş oldu

Köşe Yazarları 29.05.2025 09:51:00 0
Kərkük Mətbuatının Yaranması Tarixi Və Müasir Vəziyyəti[1]

Kərkük Mətbuatının Yaranması Tarixi Və Müasir Vəziyyəti[1]

Təranə RÜSTƏMOVA[2]

 

ÖZƏT:

Kərkük İraqın ən böyük dördüncü şəhəridir. Kərkükdə ilk mətbənin yaradılması burada mətbuat oqranlarının da nəşrinə təkan vermiş oldu. 1911-ci il 25 fevralda ilk türkmən qəzeti “Havadis Qəzeti” nəşr olunmağa başladı. Bu tarix “Türkmən Mətbuat Günü” kimi hər il qeyd edilir.  Kərkükdə türk dilində çap olunan ilk jurnal isə 1912-ci ildə nəşrə başlayan “Əl-Maarif” jurnalı olmuşdur.

Maraqlı faktlardan biri də, İraqda ilk qəzetin nəşrə başlaması da türkmənləri adı ilə bağlıdır. Belə ki, türk və ərəb dillərində çıxan “Zevra” adlı ilk İraq qəzeti 1869-1917-ci illərdə çap edilmişdir. “Zevra” qəzetinin nəşr tarixi İraqda “Mətbuat Bayramı” kimi keçirilir.

İraq-türkmən mətbuatının tarixinə ümumi nəzər yetirdikdə bu dövr xronoloji olaraq 3 qrupa bölünür:

  1. Osmanlı dönəmi;
  2. Krallıq dönəmi;
  3. Cumhuriyyət dönəmi;
  4. Müasir dövr multimedia mənbələri (sayt, internet televizyası və s.) dönəmi.

Məsələn, Mosul, Bəsrə, Bağdad, İraq, İrşad, İnqilab, İkaz, Təzhip, Rəvza, Qılıç, Yıldırım, Təfəkkür və s. (Osmanlı dönəmi); Əl-Həkikə, Cümhuriyyət, Ümid, İstiqlal, İrəli, Yeni İraq, Afaq, Bəşir, Şəfəq, Gavurbağı, Kardaşlık, İraq, Yurd, Birlik Səsi və s. (Krallıq dönəmi); Aksu, Tərcüman, Qərar, Vəfa, Qala, Dəlil, Türkmeneli, İşıq, Qardaşlıq, Sümər, Şəfəq, Yıldız və s. (Cumhuriyyət dönəmi).

Kərkük təkcə elmi-mədəni, tarixi əhəmiyyəti  ilə deyil, eyni zamanda neft yataqları ilə də zəngindir. Önəmli yeri olan Kərkük, İraq türkmənlərinin, ümumiyyətlə bölgədə yaşayan türk dilli xalqların əsas mərkəzi hesab olunur. Bu vəya digər səbəblərə görə zaman-zaman Kərkük həm demoqrafik, həm tarixi-sosial-siyasi-iqtisadi və s.istiqamətlərdən məhv edilməyə çalışılmışdır. Kərkükün qədimliyini sübut edən  tarixi abidələri, mədəniyyəti, qiymətli əsərləri məhv edilmiş, ziyalıları edam edilmiş, əhalisi soyqırıma məruz qalmış, sürgün edilmiş, planlı şəkildə digər xalqlar, qeyri-türklər buraya köçürülmüşdür. Türk dilinin, mədəniyyətinin qəsdən sıradan çıxarlması, bəzi türk dilli qəzet və jurnalların, mətbələrin fəaliyyətinin dayandırılmasına, onların naşirlərinin, redaktorlarının, yazarlarının həbs edilməsi və edam olunmasına gətirib çıxarmışdır.

Düşmənlər, “dost” kimi görünən riyakarlar nə qədər hiyləgər, xəbis planlar qursalarda ümid edirik ki, Kərkükün türk milli kimliyini, zəngin tarixi keçmişini silmək mümkün olmayacaq. Bir xalqın maddi yox oluşunu qalibiyyət hesab edənlər, o millətin mənəvi yüksəlişinin (elm, ədəbiyyat, mədəniyyət və s.) işıq saçacağını unudurlar.

Müasir Kərkük mətbuatının çətin şəraitdə olsa da, multi-medianın imkanlarından istifadə edərək elektron qəzet və jurnalların yayımlanması ilə fəaliyyətlərini davam etdirirlər. Kərkük ziyalılarının, yazarlarının xüsusi səyləri, reallıqları əks etdirən xəbərlər paylaşmaları örnək olunacaq addımlardandır.

Açar sözlər:  Kərkük, İraq, mətbuat, qəzet, jurnal, mədəniyyət, televiziya, Türkmən Mətbuat Günü.

 

GİRİŞ: 

Dünya sivilizasiya tarixinə öz qədimliyi ilə imza atmış İraq (Mesopotamiya) dövləti bir çox mədəni, tarixi, elmi üstünlüklərə sahib olmuşdur. Məsələn, ilk yazılı Qanunnamə (282 qanun) Babil hökmdarı Hammurabinin dövründə (m.ö. 1728) 2,25 metr hündürlükdə olan daş üzərində yazılmışdır. (URL-1); dünyada ilk universitet olan Bağdad Universiteti (indiki Harran Universiteti)  Abbasilərin hakimiyyəti zamanı yaradılmışdır. Universitetdə dini elmlərlər yanaşı, dünyəvi elmlər (riyaziyyat, astronomiya, məntiq, həndəsə, tibb) də tədris olunurdu (URL-2) və s.

İraqın qədim şəhərləri içərisində  ən böyük dördüncü şəhəri, türkmənlərin əsas mərkəzi rolunu oynayan Kərkük şəhəridir. Türkmənlər İraqda yaşayan sayca çox olan qədim etnoslardan biridir. Kərkük başda olmaqla, İraqın digər şəhərlərində  yaşayan türkmənlər bu dövlətin elm, mədəniyyət, incəsənət, ordu, siyasət, iqtisadiyyat və s.də önəmli rola sahib olmuşlar və olmaqda da davam edirlər.  Məsələn, ərəb və türkmən dillərində ilk mətbu orqanların yaradılması və s. türkmən ziyalılarının adı ilə bağlıdır.

Qeyd edək lazımdır ki, İraqda ilk mətbu orqanlar olan qəzet və jurnal türkmanların adı ilə bağlı olduğu kimi, ilk yerli müstəqil televiziyanın yaradılmasında da ilk imzanı türkmanlar atmışdır. “Kərkük” TV (1967) adlanan bu kanal İraq media tarixinə ilk müstəqil kanal kimi düşmüşdür.

Kərkükdə ilk mətbənin yaradılması burada mətbuat oqranlarının da nəşrinə təkan vermiş oldu. İlk türkmən mətbu orqanları olan “Havadis” qəzeti (1911-1918), ilk jurnal isə “Maarif” (1913) dərgisi idi.  Bu orqanların fəaliyyət dönəmi qısa olsa da, türkmənlərin mədəni həyatında xüsusi rolları olmuşdur. Həm yerli, həm dünyəvi xəbərlərlə yanaşı, tarix, elm, ədəbiyyat, incəsənt və s. məlumatların verilməsi Kərkük mədəniyyətinin zəngiliyindən qaynaqlanırdı.

Kərkükdə ilk mətbəənin qurulması İraqda ilk mətbəənin yaradılmasında sonra meydan gəlmişdi.  Bu mətbəələr XIX əsrin sonlarında “Əyalətlər Qanunu”nun qəbulundan sonra qurulmuşdur.

H.1312 (M.1894) ilində çıxarılan “Əyalətlər Qanunu”, bu qanuna görə, hər əyalətin mərkəzində, dövlət idarələrinin nəzarəti və idarəetməsi altında bir dövlət mətbəəsinin qurulmasını vacib hesab edirdi. Qurulan mətbəədə Vilayət Məktubçusu nəzarəti də olmalı idi. H. 1286 (M. 1869) ilində Bağdad valisi Midhət Paşa, Bağdada gələrkən yanında “Vilayət Mətbəəsi” deyilən bir təlimat mətbəəsi gətirdi və Bağdadda Valilik binasında quruldu. (Kevseroğlu, 2023: 600).

“Kərkük şəhərində ilk mətbə 1878-ci ildə vali Feyzi Paşa tətrəfindən yaradılıb.  Bu mətbəə “Vilayət mətbəəsi” adlandırılıb. 1911-ci ildə Abdullah Kazım paşa Kərkükə vali təyin edildikdən sonra  sənaye mətbəəsini qurdu. Bu mətbəədə “Havadis” və “Maarif” yayımlanmağa başladı.  Osmanlı döründə Kərkükdə bir qəzet və iki jurnal işıq üzü görüb. “Havadis” qəzetinin sahibi Məhməd Qüdsizadə idi. Qəzet zəngin mövzuları ilə Kərkükdəki siyasi, mədəni, sosial xəbərləri əhatə etməklə yanaşı, dünyada baş verən yenilklərə də yer verilirdi. Qəzet 7 il nəşr olunmuşdur. 1918-ci ildə ingilislər Kərkükü işğal etdikdən sonra nəşri dayandırıldı”. (Kuzəçi, 2019: 21).

Kərkükün ilk jurnalları 1913-cü ildə yaradılmış “Maarif” və “Kevkebul maarif” dərgiləri idi. Bu jurnallar gələcəkdə nəşr olunacaq digər dərgilərə mayaq rolunu oynamışdır.

“Maarif” dərgisi 15 gündən bir mədəniyyət, ədəbiyyat və sənətlə bağlı yenlikləri əhatə edirdi. Dərgi tanınmış türkmən jurnalist, şair Əhməd Mədəni Qüdsizadənin zəhməti sayəsində çap edilirdi. Təsisçisi Məhməd Cavad Nəciboğlu olmuş bu dərginin ömrü qısa olub. Yeddi ay ərzində 13 sayı sayı yayımlanıb və onu “Kevkebul Maarif” əvəz edib. Bu dərgi “Maarif”in bağlanmasından sonra Kərkükdə mədəni boşluğu doldurmaq məqsədilə meydana gəlib. “Kevkebul Maarif” Kərkük sənaye mətbəəsində ayda üç dəfə işıq üzü görürdü. Dərginin cəmi 10 sayı işıq üzü görüb.  (Kuzəçi, 2019: 22).

OSMANLI DÖNƏMİ MƏTBUATI:

İraq-türkman mətbuatının inkişafının ilk xronoloji bölgüsü Osmanlı xilafətinin hökmranlıq illərinə təsadüf edir. Bu dövrdə qəzet və jurnallar Bağdad, Bəsrə, Mosul, Kərkük şəhərlərində nəşr olunurdu.

Türkman ziyalıları içərisində İraq, Kərkük mətbuatının yorulmaz araşdırmaçısı, jurnalist Şəmsəddin Kuzəçinin qeyd etdiyi kimi: “Osmanlı dövründə İraqda mətbuat səs-küylü bir dövr yaşadı. Xüsusilə də həmin dövrün mətbuatı mətbuat azadlığı ilə bağlı iqtidarı xəbərdar edərək tənqidi müzakirələr etmək, məsələnin həlli istiqamətində təklifləri yazmaqla, ölkənin bir çox problemlərinin həllini tapdı. Xalqın dünya görüşünü, maariflənməsini daha da artırdı”. Ümumiyyətlə, Osmanlı dövründə 1869-1917-ci illərdə Bağdadda 51 qəzet və 11 dərgi, Bəsrədə 16 qəzet, Mosul və Kərkükdə 6 qəzet və iki dərgi olmaqla, İraqda çap edilmiş mətbu orqanların sayı cəmi 87-dir. (Kuzəçi, 2019: 23).

Göründüyü kimi, Osmanlı dönəmini İraq-Kərkük mətbuatının müstəqil, azad dövrü adlandıra bilərik.

KRALLIQ DÖNƏMİ MƏTBUATI:

İraqda Krallıq dövrü I Feysəlin hakimiyyətə gəldiyi 1921-ci ildən hesablanır. İraqda ilk radionun (1932) və ilk televiziyanın (1956) açılışı da bu dövrdə olmuşdur. Lakin bunlarla yanaşı mətbuata qarşı senzura hökm sürmüş, bəzi orqanlar hətta bağlanaraq, fəaliyyətinəı qadağalar qoyulmuş, jurnalistlər edam edilmiş, sürgün olunmuşdur.

“Bu dövrdə İraqda qəzet və jurnallar ərəb və türk dili ilə yanaşı, ingilis və fransız dillərində də çap olunmağa başladı. Bəzi özəl mətbələr ingilislərə satıldı. 1949-1958-ci illərdə Bağdadda 105 qəzet, 58 dərgi işıq üzü görüb”.  (Kuzəçi, 2019: 24).

Ərəb, türk və s. dillərdə dərc olunan bu mətbu orqanların bəzi sonradan öz fəaliyyətlərini yuxarıda qeyd edilən səbələrdən dayandırmalı oldular.

Kərkükdə türkmən dilində ilk televiziya “Kərkük” televiziyası adlanırdı. İraq televiziyasının bölgə bürosu olaraq fəaliyyət göstərən  Kərkük televiziyası cəmi 30 dəqiqə müddətində türkman dilində veriliş yayımlaya bilirdi.  

Krallıq dönəmində Kərkük-türkman mətbuat nümunələri əsasən bunlardır: “Kərkük” (1926), “İrəli” (1935), “Əl Vahdə” (1948),  “Məktəb nəşrləri”,  “Səda Əl Şəbəb” (1949),  “Səda Əl Şimal” (1951),  “Əs-Səqafət Əl Hadisə” (1954),  “Şəfəq” (1958),   “Gavurbağı”, (1959), “Afaq” (1964) və s.

CÜMHURİYYƏT DÖNƏMİ MƏTBUATI:

Krallıq hakimiyyətinin süqutundan sonra İraq 14 iyul 1958-ci ildə Cümhuriyyət elan edildi. Bəəs Partiyası hakimiyyətə gəldi.

Cümhiriyyət bə Bəəd partiyası döründə İraqda 1990-cı ildə 219 qəzet və dərgi çap edilirdi. “Yurd”, “Birlik səsi”, “Qardaşlıq” türkmanca idi. 1991-ci ildən sonra əvvəlcə “Doğuş”, daha sonra “Türkmaneli” adlı qəzetləri də daxil olmaqla, 20-yə yaxın qəzet və dərgi çap etdirdilər. TERT adlı yerli Tv kanalı yaradıldı. Ərbil və Süleymaniyyədə FM radio stansiyası vasitəsilə səslərini və mübarizələrini İraq ictimaiyyətinə çatdırmağa başladılar. Bu illərdə həmçinin turkmencephesi.org və kerkuk.net saytları İraq Türkman Cəbhəsinə bağlı olub türkmanlar üçün önəmli bir informasiya vasitəsi oldu. (Kuzəçi, 2019: 26-27).

Cümhuriyyət dövründə dərc edilən qəzet və dərgilərdən: “Əl Turas Əl Şəbi” (1963) jurnalında türkman folklor nümunələri, “Bəşir” (1958),  “Gavurbağı”,  “Afaq”  (1959) qəzetində  qanunvericilik, kənd təsərrüfatı, ictimai və s.  mövzularda məqalələr çap olunurdu.

Bu dövrdə eyni zamanda “Rəy əl Əhali” (1959),  “Səda Əl Cumhuriyyə” (1959), “Saut Əl Tələbə”-“Tələbə səsi”-“Dengi Kutabian” (1959), “Yeni İraq” (1961), “Əl Nəhza” (1963), “Əl Aməl Əl İştiraki” (1963), “Birayəti” (1967), “İraq” (1966), “Ənba Əl Riyaza Əl Şəbəb” (1967), “Sədai Kərkük Əl Riyazi” (1968), “Havkari” (1970), “Əl Murabbi” (1972) adlı qəzetlər və

“Əl Arin” (1960),“Əl Rabi” (1960),  “Əl Nəşat Əl Fənni” (1963),  “İraq”(1963), “Əl Talia” (1967),“Kərkük Əl Yovm” (1968), “Əl Aməl” (1969), “Əl Mürəbbi” (1972)  adlı jurnallar nəşr edilmişlər.

İraq mətbuatını dərindən araşdıran görkəmli türkmən ziyalı Dr. Şəmsəddin Kuzəçinin “İraq mətbuat tarixi (1869-2019)” əsərində də bildirdiyi kimi “İraq mətbuatı 35 il boyunca Bəəs diktatura rejiminin təzyiqi altında ciddi sıxıntılar yaşayıb. Mətbuat xüsusilə Osmanlı dövründə çox uğurlu fəaliyyət göstərib, lakin bu tarixdən  sonra hakimiyyətə gələn qüvvələr mətbuatı bir təzyiq vasitəsinə çevirmiş və əllərində bir alət olaraq istifadə etmişlər. Belə bir vəziyyətdə nə mətbuat, nə ölkə inkişaf etmiş, nə də cəmiyyət tərəqqi etmişdir. Mətbuat üzərinə düşən vəzifəsini doğru-düzgün yerinə yetirə bilməmişdir” (Kuzəçi, 2019: 74).  

“Türkmaneli” və “Yeni nəsil” radiolarının fəaliyyətə başlaması ilə Kərkük radiosunun yaradılması da Cümhuriyyət illərinə təsadüf etmişdir.

ABŞ İŞĞALINDAN SONRA MƏTBUAT:

2003-cü il aprelin 9-u “demokratiya” və “azadlıq” adı ilə İraqı işğal etmiş ABŞ və müttəfiqləri əvvəlcə İnformasiya Nazirliyini ləğv edərək əvəzində İraq Kommunikasiya Şəbəkəsini qurdu. Senzuranı ortadan qaldırdı. Mətbuat Qanununu yox hesab edərək İraqda çap və audiovizual medianı sonuna qədər sərbəst buraxdı. Səddam rejimindən sonra bir sıra qəzet, dərgi və Tv kanalları. Radio və digər informasiya vasitələri dövlətdən icazə almadan sərbəst fəaliyyət göstərdilər. İraqda 2003-2007-ci illərdə təxminən 2000-ə yaxın qəzet, dərgi, bülleten və s.gündəlik, həftəlik, 15 gündən bir, aylıq olaraq çap edilir. Ancaq 2003-2007-ci illərdə İraq Jurnalistlər Cəmiyyətinə fəaliyyət göstərmək üçün  rəsmi icazəylə müraciət edən qəzet, dərgi, xəbər agentliyi, TV, radio və informasiya şirkətlərinin sayı 367 olaraq müəyyən edilib (Kuzəçi, 2019: 28).

2003-cü ildən başlayaraq çap edilən bir çox  türkman qəzet və jurnallarının nəşri dayandırılmışdır. Misal olaraq bunları göstərə bilərik: “Türkmaneli”,  “Türkmaneli idman”,  “Türkman”, “Müstəqil”, “Doğuş”, “Qardaşlıq” adlı qəzetlər və  “Türkmaneli”, “Gökbörü”, “Yeni nəsil”, “Füzuli”, “Birlik yolu”, “Doğru düşüncə”, “Çiçək”, “Sənət dünyası”, “Biz qadınlar” adlı jurnal və bülletenlər.

ABŞ işğalından sonra türkmanların bir neçə  televiziya və radio kanalları fəaliyyətə başlamışdır:  “Türkmaneli” TV (2003), “Türkmaneli” peyk televiziyası (2004), “Ərbil türkman televiziyası”, “Səs”, “Azadi” tv kanalları  və “Türkmaneli” FM, “Sumər” FM radioları fəaliyyətə başladı.

Ümumilikdə hazırda İraqda 100-ə yaxın televiziya, 200-dən çox isə radio kanalları fəaliyyət göstərir.

MÜASİR DÖVR MULTİMEDİA MƏNBƏLƏRİ (SAYT, İNTERNET TELEVİZYASI VƏ S.) DÖNƏMİ:

Müasir dövrdə XXI əsrin elmi nailiyyəti olan multimedianın bütün vasitələrindən jurnalistikada da istifadə olunur. Türkman-Kərkük mətbuatının ictimaiyyətə daha geniş çatdırılmasında xəbərlərin, informasiyaların elektron verilməsində türk (türkman) dilində saytlar yaradılmışdır. Bu saytların yaradılması türkman mətbutanın nəşr olunmasındakı bir çox əngəllərin aradan qaldırılmasına səbəb olmuşdur. Kərkük, Ərbil və s. yaradılmış sayatlarla bərabər dünyanın müxtəlif ölkələrində (Türkiyə, Danimarka, Finlandiya və s.) yaşayan və yazıb-yaradan türkmanlar özlərinin doğma dillərində saytlar açaraq burada həm türk dillərində, həm də xarici dillərdə məlumatları yerləşdirirlər. Həmin saytalardan bəziləri bunlardır:

 

NƏTİCƏ:

Araşdırmaların yekunu olaraq gəldiyimiz müsbət faktlar bunlardır ki, tarixi kökləri, qədimliyi ilə seçilən tükrman qardaşlarımız özlərinin əzmkarlığı, cəsarətləri ilə  elmi və əməli fəaliyyətləri nəticəsində İraq Mətbuat tarixində ilklərə nail olmuşlar: ilk qəzet, dərgi, müstəqil yerli televiziyanın yaradılması və s.

Amma təəssüflə qeyd edək, bugün bəzi radio (mətbuat) kanalları Kərkük, türkmən adını daşımaqla yanaşı, Kərkükdə fəaliyyət göstərsələr də əsasən kürdlərin maraqlarını müdafiə edir, onların mövqeyini əks etdirən verilişlər yayımlayırlar. Məsələn, “Kərkük”, “Səva”, “Əl Ruya”,  “Səs Tv” və s. (Kuzəçi, 2019: 118-119).

Kərkük mətbuatının çap olunduğu coğrafi mövqeyini araşdırdıqda çap bölgüsü əsasən ən çox Kərkük, Mosul və Bağdad, qismən də Ərbil şəhərlərinin payına düşdüyünün şahidi oluruq.

Müqayisə etsək görərik, son zamanlarda İraqda xüsusilə türkmanlər yaşayan yerlərdə kürd dilində mətbuat orqanları daha çoxdur, nəninki türkman (türk) dilində. Xüsusilə də kürdlərin mətbuat nümunələrinin xronoloji tarixinə nəzər salsaq daha çox 1990-cı illərdən sonra meydana çıxdığı aydın olur. Əsasən də 2000-ci illərdən başlayaraq intensiv çap olunmağın şahidi oluruq. Maraqlı məqamlardan biri də budur ki, ərəb və kürd mətbuatı asanlıqla və yüksək sürətlə inkişaf tempi ilə gedirsə, bunu türkmanların mətbuat tarixinə nəzər salanda hansı çətinliklərlə, təzyiqlərlə çap olunduqlarını, yayımlandıqlarını asanlıqla görə bilərik. Aparılan  araşdırmalardan məlum olduğu kimi bunun da bəzi siyasi və iqtisadi, coğrafi-etnokulturoloji səbəbləri vardır. Türkmanların:

  • assimilyasiyaya məruz qoyulması;
  • mədəniyyətlərinin inkişafının qarşısının alınması;
  • ziyalılarının (xüsusilə mətbuat nümayəndələrinin: jurnalist, müxbir və s.) cəzalandırılması;
  • abidələrinin məhv edilməsi;
  • qeyri-türklərin bölgəyə yerləşdirilməsi və s.

Görkəmli tədqiqatçı Nicat Kövsəroğlu “Kərkükdə məhv edilən türkmən əsərlər” adlı kitabında  Kərkükün qədimliyinin dağıdılmasını ürək ağrısı ilə göstərmişdir: “Şəhərin türkmənliyini silmək üçün türkmən tarixi abidələrini dağıdıblar, bu abidələrin adət-ənənəmizdə böyük yeri var. Həmin əsərlər İraqın ən gözəl memarlıq əsərləri sayılırdı və Kərkükün türkmən xüsusiyyətlərini göstərirdi, dağıdıb, silib atırdılar. Səddam rejiminin son günlərinə qədər həmişə türkmənlərin milli mədəniyyətini, dilini, tarixini, əsərlərini məhv etməyə çalışıblar. Amma Kərkükün əsl türkmən xüsusiyyətləri, zəngin milli mədəniyyəti və sivilizasiyası, türkmən milləti heç vaxt məhv edilə, silinə bilməz”. (URL-3).

Ümid edirik ki, düşmənlər nə qədər hiyləgər, xəbis planlar qursalarda Kərkükün türk milli kimliyini, zəngin tarixi keçmişini silmək mümkün olmayacaq. Bir xalqın maddi yox oluşunu qalibiyyət hesab edənlər, o millətin mənəvi yüksəlişinin (elm, ədəbiyyat, mədəniyyət və s.) işıq saçacağını unudurlar.

Bütün bu və ya digər proseslər türkman mətbuatının bugünkü inkişafında ciddi əngəllər yaratmaqdadır. Lakin fədakar türkman ziyalıları, jurnalistlərinin, media işçilərinin qəhrəmanlığı nəticəsində ağır şəraitdə olsalar da bugün Kərkük mətbuatı öz fəaliyyətlərini dayandırmadan davam etdirirlər.

Elmi-texniki tərəqqinin inkişafı sayəsində müasir Kərkük-türkman mətbuatı  ənənəvi (yazılı) formatdan əlavə olaraq, multi-media vasitələrinin, saytların, peyklərin köməyi ilə elektron qəzet və jurnalların, internet tv ve radio kanallarının yayımlanması  ilə gündəmdə qalmağa, türkmanların elmi uğurlarını, etnokulturoloji, mədəni, tarixi, sosial-siyasi, iqtisadi və s.  həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmağa nail olurlar.

QAYNAQLAR:

  1. URL-1.https://www.arabamerica.com/10-fabulous-ancient-inventions-iraq-%D8%A7%D9%84%D8%B9%D8%B1%D8%A7%D9%82/ [Ərişim tarixi: 1.05.2025].
  2. URL-2.https://24media.az/1073-dunyanin-ilk-universiteti-harada-ve-ne-vaxt-yaradilib.html [Ərişim tarixi: 19.05.2025].
  3. KEVSEROĞLU, Necat. (2023). Geleneksel kurumlarıyla Kerkük. Kerkük.
  4. KUZƏÇİ, Şəmsəddin. (2019). İraq Mətbuat tarixi (1869-2019). Bakı, 2019.
  5. URL-3. Kevseroğlu, Necat. (2018). “Kerkük’te Yıktırılan Türkmen Eserleri”. https://dergipark.org.tr/tr/pub/bengi/issue/52629/693039 [Ərişim tarixi: 28.04.2025].

 

[1] Kerkük Gazetesi: www.kerkukgazetesi.com, 29 Mayıs 2025

[2] AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı. terane.mirzeyeva.rustemova@gmail.com

 

Haber Editörü

admin

admin@tum1haber.com
Yorum Ekle

Afyon'un pastırması ve sucuğu AB'den coğrafi işaret tescili

Sağlık botu battı: Bir ölü

Elazığ'da nehre giren adam kayboldu

Ceyhan'daki cinayet sonrası 2 şüpheli yakalandı

Deprem davasında, dönemin AK Parti’li başkanları ve 8 kamu görevlisine soruşturma izni

Mali Müşavir Mehmet Küçük: ‘Asgari ücrete ara zam çözüm değil, vatandaşa kalıcı refah lazım”

Rosatom: Novovoronezh NGS VVER-1200 reaktörüne ilk 5'inci nesil yakıt yüklemesi yapıldı 

HÜDA PAR Genel Başkanı Yapıcıoğlu: Gazze'deki zulmü durduran el biz olalım istiyoruz

Hindistan'da düşen uçak enkazında 204 ceset ve 41 yaralıya ulaşılırken 1 kişi sağ kurtuldu

Aç karnına tahin, metabolizmayı hızlandırıyor

Adana Valisi Köşger: Esnafımızı desteklemeye devam edeceğiz

Milletvekili İshak Şan’a TBMM’de yeni görev: Kâtip Üyeliği’ne seçildi

Gaziantep'te bir işletme hijyen kurallarına uymadığı gerekçesiyle süresiz kapatıldı

Her 2 ayda 1 yeni nefes alanı: Tutdere’den Adıyaman’a 20 bin metrekarelik yeşil yatırım - Videolu Haber

Konya’da "Yarının Köyleri" ile kırsal hamle

AK Parti'den TBMM'de yeni görev dağılımı... Bozdağ yeniden başkanvekili

Malatya'da akrabalar arasında silahlı kavga: 2 ölü

Adana "Küresel Vicdan Yürüyüşü" için toplanacak

HÜDA PAR'dan, Genel İdare Kurulu üyesi Elibüyük'ün Mısır’da gözaltına alınmasına tepki

Adıyaman Belediyesi’nden ulaşım hamlesi: Mersin Caddesi’nde asfalt serimi başladı - Videolu Haber

Şile Halk Eğitim Merkezi’nden görkemli yılsonu defilesi

Türk savunma sanayi gücüne güç katıyor... Yeni silahlar envanterde!

Bingöl’de araçtan para çalan şüpheli yakalandı

İran Cumhurbaşkanı Pezeşkiyan'dan UAEA'nın karanına tepki: Nükleer zenginleştirmeye devam edeceğiz

Trafik cezaları artıyor, Güler'den net mesaj: ‘Cezaları düşürmüyoruz, caydırıcı hale getiriyoruz’

Sakarya Büyükşehir'den sürücülere kritik uyarı!

Bursa’da çocuk işçiliğine karşı farkındalık atölyesi

Bursa çalışanlarına 'tasarruf tedbirleri' eğitimi

SANKO Okulları, SİGMA Steam Proje Yarışması'nda iki Türkiye birinciliği kazandı

Adıyaman’da muhtarlar, ‘Destek AFAD Gönüllüsü’ oluyor

Yükleniyor

Haberi Sesli Oku

Sağlık yolu ölüm yolu olmasın!

Anahtar Parti Şenkaya İlçe Kongresi Yoğun Katılımla Gerçekleşti

Palandöken Belediyesi hizmette iddialı

Artık bu saatten sonrasında meclisten içeri olsun sözümüz (11)…

Erzurum’da Mobilya & Aksesuarda “Avrupa” damgası…

Anahtar Partinin Coşkulu Bayramlaşması Erzurum’da Birlik ve Umut Dolu Anlara Sahne Oldu

Erzurum’da Futbolun Kalbi Amatörde Atıyor

Tortum yolu üzeri Yeşildere/Güngörmez önünde kaza…

Artık bu saatten sonrasında meclisten içeri olsun sözümüz (10)…

Başkan Oral'dan Kurban Bayramı mesajı

Bursa çalışanlarına 'tasarruf tedbirleri' eğitimi

Bursa Nilüfer'in kreşlerinde yıl sonu heyecanı

Hobabüs İnegöl’ü harekete geçiriyor

11 dilde gerçekleştirilen "8. Türkiye Münazaraları" İstanbul'da başladı

Ankara'da çocuk gelişim merkezlerinde erken kayıt dönemi

100. Yıl Kütüphaneleri ile öğrenciler sınava hazır

İzmir’de Erasmus+ ile verimli eğitim yılı tamamlandı

Dönem sonu faaliyet haftası’nın teması: “Aile ve Oyun”

Tüm algılara rağmen imam hatiplere teveccüh artıyor

Çayırova'da 7/24 hizmete gençlerden tam not

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 36 30 1 5 60 95
2.Fenerbahçe 36 26 4 6 51 84
3.Samsunspor 36 19 10 7 14 64
4.Beşiktaş 36 17 8 11 23 62
5.İstanbul Başakşehir 36 16 14 6 4 54
6.Eyüpspor 36 15 13 8 5 53
7.Trabzonspor 36 13 11 12 13 51
8.Göztepe 36 13 12 11 9 50
9.Rizespor 36 15 17 4 -6 49
10.Kasımpaşa 36 11 11 14 -1 47
11.Konyaspor 36 13 16 7 -5 46
12.Alanyaspor 36 12 15 9 -7 45
13.Kayserispor 36 11 13 12 -12 45
14.Gazişehir Gaziantep 36 12 15 9 -5 45
15.Antalyaspor 36 12 16 8 -25 44
16.Bodrum FK 36 9 17 10 -17 37
17.Sivasspor 36 9 19 8 -16 35
18.Hatayspor 36 6 22 8 -27 26
19.Adana Demirspor 36 3 28 5 -58 2

YAZARLAR